Şeyx Səudiyyə Ərəbistanına gedir
11:52 17.02.2020
Aktual
433
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 18-də Səudiyyə Ərəbistanına səfərə yola düşəcək.
QMİ-dən verilən məlumata görə, səfər çərçivəsində sədr KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının 21-ci sessiyasında iştirak edəcək.
Üzvü olduğu 9 nəfərlik Direktorlar Şurasının sessiyasında çıxış edəcək QMİ sədri Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən “Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”nin (BCIC) təşkilatçılığı ilə 2020-cu ilin payızında Şərqi Avropada - Macarıstanda keçiriləcək irimiqyaslı beynəlxalq konfrans barədə Şura üzvlərini məlumatlandıracaq.
2019-cu il Dünya Dini liderlərinin II Bakı Sammitində yaxından iştirak edən KAICIID Baş katibi Feysal bin Muammara, habelə Direktorlar şurasının üzvü Məhəmməd Sammaka fəal iştiraklarına görə xüsusi minnətdarlığını ifadə edəcək QMİ sədrinin, yaxın dövr ərzində BCIC-in yeni mühüm addımlar atmağa hazırlaşdığını və Mərkəz xəttilə cari il ərzində Azərbaycanda keçiriləcək müxtəlif lokal və beynəlxalq tədbirlərdə dinlər və sivilizasiyalar arası əməkdaşlıq ideyalarının davamlı təbliğinin prioritet olacağını Şura üzvlərinin diqqətinə çatdıracağı nəzərdə tutulur.
Dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət olan Direktorlar Şurasının sessiyasında iştirak edən QMİ sədri A. Paşazadə beynəlxalq və regional əhəmiyyətli mühüm hadisələrə dair müzakirələrə qatılacaq.
Səudiyyə Ərəbistanına səfəri çərçivəsində QMİ sədri A. Paşazadənin krallığın rəsmiləri ilə görüşləri nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə