Siqnal! -“Sülhməramlılar maraqlarımıza zidd davranmamalıdır”
Fidan Həmişəyeva
08:43 17.05.2021
Aktual
755
Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov vəzifəsindən kənarlaşdırılıb. Muradovun yerinə Cənubi Hərbi Dairə komandirinin müavini general-leytenant Aleksey Avdeev təyin ediləcək.
Məlumata görə, A.Avdeevin Xankəndidə iki həftə ərzində işləri təhvil alması baş tutacaq.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov "Sherg.az"a açıqlamasında R.Muradovun vəzifədən kənarlaşdırılması barədə danışıb. Ekspertin sözlərinə görə, onun vəzifədən kənarlaşdırılmasına səbəb fəaliyyəti ilə bağlıdır:
"Çünki bütün hərbi qurumlar kimi Rusiya sülhməramlı kontingentinin də qarşısına konkret vəzifələr qoyulub. Rəhbərliyə yeni gələn şəxsin kimliyindən asılı olmayaraq, həmin şəxs hərbi nizam-intizama əməl etməlidir. Düşünmürəm ki, R.Muradovun vəzifədən kənarlaşdırılması nəyisə dəyişəcək. Bilirik ki, sülhməramlı qüvvələr Rusiyanın nümayəndələridir. Təbii ki, orada müəyyən şəkildə Rusiyanın maraqları var. Lakin rus sülhməramlıları Azərbaycan ərazisində yerləşdiyi üçün ölkəmizin maraqlarına zidd olan davranışlara yol verilməməlidir".
Ş.Ramaldanov qeyd edib ki, rusiyalı sülhməramlılarının bütün vəzifələri, qarşıya qoyulan məqsədlər məhz Azərbaycan tərəfi ilə razılaşdırılır:
"R.Muradovun kənarlaşdırılmasına gəlincə, hərbi sahədə çalışanlar daim bir vəzifədə qalmırlar. Fikrimcə, bizimlə razılaşdırılıb. R.Muradovun yerinə gələn şəxs də əhalinin dinc yaşayışını təmin etməlidir. Düşünmürəm ki, rəhbərliyin dəyişməsi sülhməramlı qüvvələrin iş prinsipini dəyişəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə