Spiker Moskvada:"Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə..."
Yusif Nəzərli
09:25 14.02.2023
Aktual
290
“Azərbaycan Ermənistanla normallaşma prosesinin təşəbbüskarı olub və beynəlxalq hüququn beş əsas prinsipi əsasında Ermənistana sülh sazişinin imzalanmasını təklif edib. Sülhün əldə olunması hamıdan çox Ermənistanın özünə lazımdır”.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, bunu Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdə Milli Məclisin sədri Sahibə Qafarova bildirib.
Sahibə Qafarova deyib ki, Ermənistan danışıqlarda destruktiv mövqe nümayiş etdirir və üçtərəfli bəyanatların tələblərini açıq-aşkar pozaraq, öz silahlı qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxarmayıb, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının qarşısını alır.
Görüşdə son dövrlər Laçın yolu ətrafında mövcud olan vəziyyətlə bağlı geniş məlumat verən Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan Üçtərəfli Bəyanata ciddi riayət edir və sənəd üzrə bütün öhdəlikləri tam yerinə yetirib. Üçtərəfli Bəyanatın 6-cı bəndinə əsasən, Azərbaycan Laçın yolu boyunca hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə təminat verir.
Bununla yanaşı, spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Ermənistan iki ildən artıqdır ki, Laçın yolundan mina, hərbi sursat, şəxsi heyət və talan edilmiş təbii sərvətlərin daşınması üçün istifadə edir. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətə, habelə təbii sərvətlərin istismarına və Laçın yolundan sui-istifadə hallarına qarşı Azərbaycan vətəndaşlarının etiraz aksiyaları onların qanuni hüququdur və etirazçıların haqlı tələblərinin yerinə yetirilməsi zəruridir. Spiker Sahibə Qafarova qeyd edib ki, Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, Azərbaycan torpaqlarında yaşayan erməni sakinlərin blokadaya məruz qalmaları, guya humanitar böhran yaranması ilə bağlı Ermənistan tərəfinin bəyanatları tamamilə əsassızdır. Laçın yolu boyunca hər gün onlarla nəqliyyat vasitələrinin, sülhməramlı kontingentin maşınlarının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, erməni təcili yardım maşınlarının hərəkəti erməni tərəfinin əsassız iddialarını təkzib edir. Beləliklə, bütün bunlar sübut edir ki, Ermənistan beynəlxalq ictimaiyyəti aldatmaq məqsədilə manipulyasiya ilə məşğuldur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya
İrlandiya parlamentariləri Xankəndiyə səfər ediblər
18:21 23.04.2026
Siyasət
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
18:14 23.04.2026
Media
Berlində qalmaqal: Pəhləviyə hücum - üzərinə qırmızı maye atıldı
18:07 23.04.2026
Gündəm
ABŞ Prezidenti: İranın liderinin kim olduğu məlum deyil
17:59 23.04.2026
Gündəm
Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ
17:59 23.04.2026
Gündəm
Rumıniyada baş nazirin müavini və altı nazir istefa verib
17:53 23.04.2026
Dünya
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm
Məktəblər tam nəzarətə götürüldü: Nazirlik hərəkətə keçdi
17:20 23.04.2026
Gündəm