“Su ehtiyatları ilə bağlı olan problem təsəvvür ediləndən daha ciddidir" - Müşfiq Ələsgərli
11:16 03.04.2022
Aktual
613
“Su ehtiyatları ilə bağlı olan problem təsəvvür ediləndən daha ciddidir. İqlim dəyişikliyi həm də yağıntıların azalması ilə müşayiət olunur. Qonşu dövlətlərdən daxil olan çay suları azalır”.
“Sherg.az” xəbər verir ki, bunu sosial şəbəkədə Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli yazıb.
Ekspert qeyd edib ki, paralel olaraq iqtisadiyyatın inkişafı, kənd təsərrüfatı sahələrinin genişlənməsi suya olan tələbatı artırır. Bu baxımdan, ölkədə su mənbələri ilə bağlı yeni situasiya yaranır:
“Ən böyük su mənbəyi - Kür çayı minimal həddə düşüb. Hazırda şirin su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi üçün tədbirlər görülür. İlk addımlardan biri kimi yeni su anbarlarının tikintisi, şirin su itkisinin qarşısının alınması oldu. İndi isə su mənbələrindən ödənişli istifadə mexanizmi tətbiq edilir. Məqsəd israfçılığın qarşısının alınması, qənaətlə istifadənin təşviq edilməsi, suların mühafizəsinin yaxşılaşdırılması, istifadə edilən suyun uçotunun aparılmasıdır. Proqrama əsasən, su təsərrüfatı qurumları özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərəcəklər. Yeni qaydalara əsasən, texniki qurğular və avadanlıqlar tətbiq etməklə, su və su təsərrüfatı obyektlərindən, o cümlədən yerüstü və yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən suyun həcminə görə ödənişlər həyata keçiriləcək. Sudan istifadə haqqı onun keyfiyyətindən, təyinatından, su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən asılı olaraq differensiallaşdırılacaq. İstifadəsi hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslərin öz ehtiyaclarını təmin etmək məqsədilə istifadəsi yenə də ödənişsiz olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya