
Sülhü gözü götürməyənlər: Rusiya, Fransa və İran prosesi pozmağa çalışır
11:31 24.09.2024
Aktual
676
Prezident İlham Əliyev Milli Məclisdə çıxışında Azərbaycana qarşı xarici dairələrin yeni planlar hazırladığını vurğuladı. Həmçinin Ermənistanın silahlandırılmasını, buna görə sərhəddə ciddi tədbirlər görüldüyünü qeyd etdi. Dövlət başçısı Azərbaycan ətrafında xeyli çətinliklərin olduğunu rəsmən elan etmiş oldu: “Biz heç vaxt heç kimə qarşı heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər. Belə cəhdlər olub və olacaq". Prezident deyib ki, onların heç bir əhəmiyyəti yoxdur, ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq: "Bizimlə ikitərəfli formatda qarşılıqlı hörmət əsasında kim əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da bizi əsassız olaraq ittiham edəcək, ya da hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq”.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Zəngəzur dəhlizi və Ermənistanla sülh müqaviləsi məsələsində Qərb, Rusiya və İranın ziddiyyətli siyasəti, Fransanın Ermənistan üzərindən Türkiyə Azərbaycan tandeminin qarşısını almaq üçün planlar hazırlanır. Ekspert bildirib ki, Ermənistanla Azərbaycan arasında sülhün qarşısını almaq məqsədi ilə Rusiya, Fransa və İran prosesi pozmağa çalışır:

"Azərbaycan Pakistandan JF17 çoxfunksiyalı və yeni nəsil qırıcılar alıb. Bir milyard dollarlıq qırıcıların alınması Azərbaycanın hərbi hava qüvvələrini kifayət qədər gücləndirəcək. Ermənistanın Hindistan artilleriya və digər zirehli texnikalar tədarükü etməklə Azərbaycanın da öz hərbi qüvvələrini yeniləməyi və inkişaf etdirməyi zərurəti yaranır. Silahlanma yarışına Ermənistan başladı və tez bir zamanda çalışır ki, silahlı qüvvələrini yeni texnikalarla təchiz etsin. Bununla da Azərbaycanla danışıqlarda yeni şərtlərlə çıxış etsin. Azərbaycan yeni nəsil qırıcılar almaqla Ermənistanı pat vəziyyətdə qoydu. Azərbaycan bundan sonra da Ermənistan və onun hamilərini təəccübləndirməyə davam edəcək. Çünki Azərbaycana qarşı kirli oyunlar davam edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur