
Şuşa Bəyannaməsi təkan oldu
Yusif Nəzərli
13:37 09.10.2021
Aktual
1573
Türkiyənin Azərbaycandakı hərbi attaşesinin fəaliyyəti genişlənir
Dünən Türkiyə Respublikasının Azərbaycan Respublikasına yeni təyin edilən hərbi attaşesi, general-mayor Zəkəriyyə Yalçın Müdafiə naziri, general-polkovnik Zakir Həsənova təqdim olunub.
Müdafiə naziri yeni təyin olunan hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edib və ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində fəaliyyətində ona uğurlar arzulayıb.
Ölkəmizdə hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən general-mayor Z.Yalçın Azərbaycan-Türkiyə əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qardaşlıq, dostluq üzərində qurulduğu vurğulanıb. Bildirilib ki, bu əlaqələr yüksələn xətt üzrə inkişaf edir.
Tərəflər, həmçinin regiondakı hərbi-siyasi vəziyyəti, hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Müdafiə naziri ilə türkiyəli generalın görüşünü “Şərq”ə şərh edən hərbi ekspert Ramil Məmmədli vurğulayıb ki, iki ölkə arasında 1994-cü ildən rəsmən hərbi əməkdaşlıq var:
“O zaman strateji əməkdaşlığa dair müqavilə imzalandı. Razılaşmanın şərtlərindən biri də hərbi-texniki əməkdaşlıqla bağlı idi. Ötən dörd il ərzində bu əməkdaşlığın miqyası böyüdü. Şuşa sazişindən sonra tərəflər arasında əməkdaşlıq yüksək pilləyə qalxdı. Belə olduğu halda hər iki ölkənin orduları daha çox əməkdaşlıq etdilər.
Artıq ordularımızın faktiki olaraq birgə fəaliyyəti zərurətə çevrilib. Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi genişləndirilib. Adətən bir ölkənin nümayəndəliyində maksimum iki, ya da üç nümayəndə olur. Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı təmsilçisi artıq nümayəndəlik səviyyəsindədir.
Bu həm də regionun təhlükəsizliyinin təmin olunması, sülhün bərqərarı, həmçinin Azərbaycan Ordusunun güclü inkişafı, iki ölkə arasındakı əməkdaşlığın dərinləşməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Hesab edirəm ki, Türkiyənin Azərbaycandakı Hərbi attaşesi əməkdaşlığa öz töhfəsini verəcək və əlaqələrimiz daha da inkişaf edəcək, birgə təlimlərin sayı və miqyası genişlənəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İranın 3 neft tankerini vurdu
20:00 05.09.2026
Gündəm
Enzo Fernandes "Mançester Siti"də debüt etdi
19:04 05.09.2026
Futbol
Lavrov: Ukraynadakı rusdilli vətəndaşlar üçün hər şeyi edirik
18:46 05.09.2026
Dünya
Çempionlar liqasından sükuta: “Qarabağ” niyə büdrədi?
18:26 05.09.2026
Futbol
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
18:04 05.09.2026
Hadisə
Çin liderinin Məsud Pezeşkiana soyuq münasibətinin səbəbi
18:02 05.09.2026
Dünya
İranda dollar kəskin bahalaşdı
17:58 05.09.2026
Region
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
17:51 05.09.2026
Hadisə
İrandan qisas mesajı: Xameneinin qanı yerdə qalmayacaq
17:34 05.09.2026
Region
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı