Tahir Kərimlinin partiyası fəaliyyətini dayandırır? - AÇIQLAMA
Yusif Nəzərli
13:04 17.10.2023
Aktual
838
"Son dövlər bir məsələ məni çox düşündürür. Biz Qarabağda Ali Baş Komandanın cəsarəti, iradəsi ilə təşkil olunmuş silahlı qüvvələrimizin gücü və xalqımızın birliyi, dayağı ilə böyük qələbə qazandıq.
Belə olanda mənim partiyamın, özümün müxalifətçiliyinə nə ehtiyac var? Türk dünyasının başını ucaldan şəxsin qarşısında mənim müxalifətçiliyimin haqqı varmı? Bu məsələlər məni çox düşündürür".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib. Deputat bildirib ki, müxalifətin aqressiyası nifrət üzərində qurulub:
"Əgər Qarabağ məsələmizi təmin etmişiksə, demokratiya, insan hüquqları, rifahın daha yaxşılaşdırılması uğrunda Prezident İlham Əliyevin yanında olmalıyıq, nəyinki qarşısında. Nə üçün qarşıdurma, nifrət, aqressiya üzərində köklənməliyik? Müxalifət, bu nə haqq-hesabdır sizdə? 210 il ərzində qazandığımız qələbələrin yanında ancaq qara nöqtələri axtarmaq lazımdır? Nə qədər gec deyil, sizi bir yerdə olmağa çağırıram. İqtidarın da içində aqressiv çıxış edən var. Bu yaxınlarda bir məmur deyirdi ki, guya biz 30-50 yaş arası pensiya yaşı tələb edirik".
Tahir Kərimlinin sözlərindən sonra sosial şəbəkələrdə Vəhdət Partiyasının fəaliyyətini dayandıracağı ilə bağlı xəbərlər yayılıb.
Mövzu ilə bağlı "Sherg.az"a danışan Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev bildirib ki, Tahir Kərimlinin milli məclisdə və ya mətbuatda çıxışını təhrif edilməsi yeni məsələ deyil:
“Onun bu mövzuda dediklərinin əsas ana xətti yeri gəldi - gəlmədi müxalifətçilik naminə müxalifətçilk edənlərədir. Prezident İlham Əliyevin xarici siyasətdə böyük uğuruna və Azərbaycanın ərazi bütövlüyünün bərpasında qələbəsinə kölgə salmaq niyyəti güdənlərə bir cavabdır. Bu bəyanat sağlam müxalifətçiliyə çağırışdır. Vəhdət partiyasının siyasi kursu isə dəfələrlə bəyan etdiyimiz kimi mərkəzçi mövqedən çıxış etməkdir. Biz sağlam düşüncəyə əsaslanan bütün fikirlərə açığıq və siyasi mövqeyindən asılı olmayaraq hər zaman dəstəkləməyə hazırıq. Partiyanın fəaliyyətinin dayandırılacağı barədə iddialar isə doğru deyil və əsassızdır. Əksinə Vəhdət partiyası daha da aktiv olaraq təşkilatlanır və yaxın gələcəkdə böyük qurultay keçirməyi planlaşdırır. Qurultayda mövcud siyasi situasiyaya uyğun olaraq dəyişikliklər nəzərdə tutmuşuq. Ehtimal olunan dəyişiklikilər rayon və şəhər təşkilatlarında müzakirə olunur, təkliflər nəzərə alınır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya