Tehran Bakının  böyük jestini  dəyərləndirməlidir

"İran yaxşı olar ki, son zamanlar kəşfiyyat müharibəsində uduzduğunun acığını bizdən çıxmasın"

"İran yenə öz küləklərini əsdirməyə başlayır".

Bu barədə "Sherg.az"a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. 

Ekspert deyib ki, ənənəvi, blef motivləri ilə zəngin tezislər yenə gündəmdədir;:

"2021-ci ilin payızında səsləri bundan da bərk gəlirdi. Sonra nə oldu? Üzr səviyyəsində addımlara gedildi. İran yaxşı olar ki, son zamanlar kəşfiyyat müharibəsində uduzduğunun acığını bizdən çıxmasın. Azərbaycanın gücü, üstəgəl beynəlxalq konyunkturanın növbəti dəfə Azərbaycan tərəfində durması İranı daha çox xal itkisinə məruz qoyar. Bakı Tehranla normal, qonşuluq münasibətlərinə üstünlük verir. Bu böyük jesti Tehran dəyərləndirməlidir".