
Təxribatın hədəfi:“Ermənistan, İran və Rusiya yolların açılmasına mane...”
Yusif Nəzərli
13:09 12.04.2023
Aktual
475
“Düzdür, Zəngəzur dəhlizində Rusiya özü də maraqlıdır. Ancaq bu koridorun Azərbaycan və onun tərəfdaşlarının maraqları çərçivəsində reallaşmağını istəmir”
“Ermənistan tərəfi isə İran və Rusiyadan gələn diktələri yerinə yetirdikcə zərərli çıxmağa davam edəcək"
Rusiya və Ermənistan arasında siyasi məsləhətləşmələr keçirilib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, aprelin 11-də Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Danışıqlar zamanı Cənubi Qafqazdakı vəziyyətin müxtəlif aspektlərinə, o cümlədən region ölkələrində vəziyyətin normallaşmasına toxunulub.

Görüşü "Sherg.az"a dəyərləndirən hərbi-siyasi ekspert Həşim Səhrablı söyləyib ki, Ermənistan və Rusiya arasındakı əlaqələr iqtidarlar arasında gərginliyin olmasına baxmayaraq, bir müttəfiqlik münasibətidir:
"Bu dövlətlərin iqtidarlarının biri-birinə qarşı mövqelərindən asılı olmayaraq maraqları üst-üstə düşür. Yəni Rusiya və Ermənistan Cənubi Qafqazda təxminən eyni maraqlardan çıxış edir. Xüsusən regionda baş verən problemli və ziddiyyətli məsələlərdə prosesin Ermənistan və Rusiyanı eyni nöqtədə birləşdirdiyini görürük. Çünki proseslər Azərbaycanın istədiyi kimi tez bir şəkildə yekunlaşarsa, diqtə edən tərəf rəsmi Bakı olacaq. Nəticə etibarilə baş verənlər bizim və tərəfdaşlarımızın maraqları çərçivəsində reallaşır. Ancaq biz tam tərsini görürük. Yəni regionda hamı sülhdən danışır, lakin bunda maraqlı olan tərəf yalnız Azərbaycan və onun tərəfdaşlarıdır. Bunun qarşılığında isə Ermənistan, İran, Rusiya kimi dövlətlərdən təxribat dolu addımlar görürük. Məsələn rus sülhməramlıları faktiki olaraq bölgədə nizamlanma prosesini müxtəlif vasitələrlə zədələyir. Onlar rus mərkəzi açır, Qarabağ ermənilərinə rus vətəndaşlığı vermək kimi absurd fikirlər ortaya atır və.s Ermənistan tərəfi isə “Azərbaycanın işinə qarışmırıq” deyərək, separatizmə dəstək verməyə davam edir. Dünənki təxribatda da gördük ki, Ermənistan tərəfi İran dronlarından istifadə edir. Bu da göstərir ki, İran özü pozucu fəaliyyətlərin yaxından iştirakçısıdır" .
Ekspertin sözlərinə görə Rusiya, Ermənistan XİN-nin və digər diplomatik korpusların arasındakı müzakirələr, bu iki dövlətin öz maraqları naminə “status-kvo”nu necə dəyişə biləcəklərinə hesablanıb:
"Biz onların konkret nə planlar qurduğunu deyə bilmərik. Bəlkə də, dairələrin özləri də bunu dəqiqləşdirməyib. Amma əminliklə söyləmək mümkündür ki, hazırda Ermənistan və Rusiya Azərbaycanın artan təzyiqləri fonunda çıxış yolu üçün fikir mübadiləsi aparırlar. Yəni onlar ortaq şəkildə rəsmi Bakının Qarabağdakı hüquqlarının bərpasına və tranzit yollarının açılmasına mane olmağa çalışır. Düzdür, Zəngəzur dəhlizində Rusiya özü də maraqlıdır. Ancaq bu korridorun Azərbaycan və onun tərəfdaşlarının maraqları çərçivəsində reallaşmağını istəmir. Bütün bu ziddiyyətli məsələlər hər zaman İrəvan və Moskva arasında gündəm mövzusu olub. Ermənistan tərəfi isə İran və Rusiyadan gələn diktələri yerinə yetirdikcə zərərli çıxmağa davam edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya