
Tiktoka girişə məhdudiyyət aradan götürülməlidir
Tiktoka girişə məhdudiyyət aradan götürülməlidir
Yusif Nəzərli
10:03 18.10.2023
Aktual
452
Hansısa hüquqi əsaslar olmadan vəziyyətin belə qalması doğru bir yanaşma deyil
Azərbaycanda bir aya yaxındır ki, tiktok platformasına girişə məhdudiyyət qoyulub. Ölkə ərazisində vətəndaşlar bu sosial şəbəkədən istifadə edərkən məhdudiyyətlə üzləşirlər. Tiktokdan istifadə edə bilməyən istfadəçilər çıxış yolunu VPN-dən istifadə etməkdə görürlər.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə “Sherg.az”a açıqlamasında deyib ki, antiterror tədbirləri başlayan zaman hökumətin bu resursun məhdudlaşdırılması istiqamətində atdığı addımlar məqbul və ağlabatan idi. Lakin əməliyyat başa çatandan sonra ölkəmizdə tiktoka girişin bərpa edilməməsi düşündürücüdür:

“Səlahiyyətli qurum olan RİNN buna aydınlıq gətirməlidir. Hansısa hüquqi əsaslar olmadan belə durumun qalması da doğru bir yanaşma deyil. Xüsusilə də, VPN-lərdən kütləvi istifadə təhlükəsizlik üçün əlavə təhdidlər yaradır. Fikrimcə, hökumətin bu resursdan uşaqların təhlükəsizliyini təmin etmək şərtilə effektiv istifadə edilməsi, biznes və marketinq baxımından səmərəli istifadə edilməsi, Azərbaycandilli faydalı kontentin yaradılmasına diqqət yetirməsi daha ağlabatan olardı. Tiktokun nümayəndəliyini açmaq, burada dövr edən vəsaitləri vergiyə cəlb etmək, bu qlobal resursla əməkdaşlıq edib, uşaqları qorumaq üçün əlavə imkanlar yaratmaq, Azərbaycandilli faydalı kontentin inkişafına dəstək almaq daha doğru olardı. Baxıram ki, Qazaxıstanda təşkil olunan Cənubi Asiyanın ən böyük "Digital Bridge" texnologiya forumunda tiktokun rəhbərini də başda oturdublar. Xatırladıram ki, Qazax dilində elm, təhsil, oyun və əyləncə yönümlü faydalı videomaterialların yaradılması üçün, bu resursdan marketinq və biznes məqsədilə istifadəni stimullaşdırmaq üçün tiktok Qazaxıstana böyük vəsaitlər ayırır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol