Tofiq Abbasov: “Münhen debatında bütün həqiqətlər üzə çıxdı”
Fidan Həmişəyeva
14:26 19.02.2020
Aktual
774
“Münhen Təhlükəsizlik Konfransının ən üstün cəhəti ondan ibarətdir ki, bu vaxta qədər Ermənistan ciddi-cəhdlə beynəlxalq diplomatiyanın fikrini yayındırmağa çalışırdı. Buna baxmayaraq debatda bütün həqiqətlər üzə çıxdı”. Bu fikirləri Sherg.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Analitikin sözlərinə görə, ermənilər həmişə müxtəlif monipulyasiyaların hesabına özləri üçün texniki üstünlük qazana bilirdilər:
“Bütün bunlara taktika deyə bilmərik. Çünki onlar işğalçı ola-ola gözlənilmədən təxribat yönlü addımlarla hər zaman danışıqları və siyasi prosesin ahəngini pozurdular. Səbəb isə Ermənistan tərəfinə vacib olan statuskvonun saxlanması idi. Münhendəki açıq debat zamanı bütün dünya müzakirələri izləyirdi. Hər halda münaqişəli vəziyyətdə olan dövlət rəhbərlərinin debatı həmişə böyük maraq doğurub”.
T.Abbasov qeyd edib ki, Prezident İlham Əliyevin debatdakı yanaşması, Ermənistan mövqeyinin saxta və təcavüzkar olduğunu diqqətlərə çatdırdı:
“Ermənistan çalışırdı ki, guya Dağlıq Qarabağın tarixi baxımdan erməni torpaqları olduğunu və azərbaycanlıların sonradan bura gəldiyini dünya ictimaiyyətinə çatdırsın. Düşmən ölkənin başçısı buna bənzər bir neçə saxta və uydurma həqiqətləri dünyaya təqdim etmək istəyirdi. Debat zamanı hər kəs gördü ki, cənab Prezident Paşinyana tarix dərsi keçdi. Bütün dünya həqiqətin kimin tərəfində olduğunu anladı. Ümumiyyətlə, Ermənistanın tarixi və hüquqi əsasları yoxdur ki, Azərbaycan torpaqlarına yiyə dursun. Prezidentimizin debatdakı çıxışları yeni bir nöqtə və nida işarəsi oldu. Hər kəs gördü ki, artıq Azərbaycan heç bir güzəştə getməyəcək. Ermənistan papağını qabağına qoyub düşünməsə və ağıllı tədbir görməsə, müharibə qaçınılmaz olacaq. Məhz bu səbəblərdən Münhen debatının üstünlükləri böyükdür. Ona görə ki, dünyanın gözü qarşısında bütün həqiqətlər üzə çıxdı. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərdən xəbərsiz olanlar və Ermənistanın yalan arqumnetlərinə aldananlar gerçək tarixi faktlarla tanış oldular”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət