ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran Hörmüz boğazı ilə bağlı razılaşmalar əldə edib və İranın nüvə proqramı üzrə sazişin əldə olunacağını gözləyir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ lideri jurnalistlərə açıqlamasında danışıb.
Trampın sözlərinə görə, tərəflər Hörmüz boğazının fəaliyyəti ilə bağlı gələcək razılaşmanın əsas konturlarını müəyyənləşdiriblər.
ABŞ lideri bildirib ki, növbəti mərhələdə İranın nüvə proqramı ilə bağlı razılaşmanın əldə olunacağına ümid edir.