Tural Abbaslı: Rusiya hələ də “bərabər hüquqlu müttəfiq” anlayışını qəbul edə bilmir
12:54 03.07.2025
Aktual
550
Rusiyada ənənəvi digər xalqlara qarşı şovinist əhval ruhiyyə hökm sürüb, diskriminasiya geniş yayılmış praktikadır. Görünür, artıq müsəlman xalqlarına, bu ölkədə yaşayan və ya ora gedən müsəlmanlara qarşı da açıq təzyiqlərə start verilib. Bu, Rusiyada islamofobiyanın alovlandırılması deməkdir.
Kremlə yaxın olan Solovyov kimi ünsürlərin açıq anti-Azərbaycan çıxışları məsələnin nə yerdə olduğunu, bütün bu prosein idarə olunduğunu aydın göstərir. Rusiyanın milli siyasətində digər xalqlara qarşı dözümsüzlük, ayrıseçkikik, diskriminasiya və islamofobiya güclənir. Qərbə bütün istiamətlərdə uduzan, Ukrayna bataqlığına düşərək buradan çıxa bilməyən Rusiyada da digər düşmən axtarışına başlanılıb. Kimlərsə bu ölkədə bütün dünyanı qarşısına almaq iddiasına düşüb və yeni gündəm yaradaraq onu inkişaf etdirirlər.
Ağ Partiyanın sədri Tural Abbaslı "Sherg.az"a deyib ki, Rusiyanın hazırkı mövqeyi əslində, onun siyasi xislətindən qaynaqlanır:
"Rusiya hələ də “bərabər hüquqlu müttəfiq” anlayışını qəbul edə bilmir. O, tərəfdaşlıq münasibətlərini yalnız öz hegemonluğu çərçivəsində görmək istəyir: böyük qardaş–kiçik qardaş modeli əsasında.
Bu, sovet dövründən qalma köhnə və qeyri-bərabər düşüncə tərzinin məhsuludur. Rusiya Azərbaycan və digər dövlətləri bərabər hüquqlu partnyor kimi görmək istəmir. Əksinə, öz siyasətini müstəqil şəkildə həyata keçirmək istəyən, Rusiya ilə eyni səviyyədə dialoq aparmağa çalışan ölkələrə qarşı təzyiq və aqressiv siyasət yürüdür. Bu yolla həmin ölkələrə "siz hələ də tam hüquqlu deyilsiniz" mesajını verməyə çalışır. Azərbaycan isə Qarabağ problemini həll etdikdən sonra tam müstəqil siyasət həyata keçirməyə başlayıb. Bu, təbii olaraq, Rusiyanın narazılığına səbəb olub. Rusiya buna cavab olaraq əlindəki təzyiq alətlərindən istifadə edir, Azərbaycanı hələ də "kiçik tərəfdaş" kimi görməyə çalışır. Ölkəmiz isə haqlı olaraq bu yanaşmaya qarşı müqavimət göstərir. Azərbaycan yalnız bərabər hüquqlu tərəfdaş kimi qəbul edildikdə bu münasibətlərin dəyəri olacaq. Digər tərəfdən Rusiyanın ABŞ və Avropa kimi təsir və təzyiq imkanları yoxdur".
Müsahib əlavə edib ki, Rusiyanın təzyiq üsulları daha çox birbaşa və kobud metodlara əsaslanır:
"Halbuki müasir dünyada təzyiqin müxtəlif formaları mövcuddur: iqtisadi, mədəni, psixoloji və s. Rusiya isə əsasən daha primitiv üsullara əl atır – məsələn, bir neçə miqranta zülm etmək, bazarlardan azərbaycanlıları qovmaq və ya pomidor idxalını dayandırmaqla təhdid etmək kimi.
Amma bu siyasət nəticə verməyəcək. Azərbaycan artıq özünü dünyaya kiçik, lakin tam müstəqil bir dövlət kimi təqdim edir. Üstəlik, ölkəmiz beynəlxalq münasibətlər sistemində müstəqil siyasi aktor kimi davranmağa çalışır. Bu isə, müəyyən dairələrin narahatlığına səbəb olur. İran, Rusiya, Fransa kimi ölkələrin Azərbaycana yönəlik təzyiqləri də məhz bu müstəqilliyin nəticəsidir.
Heç bir böyük güc müstəqil və tam hüquqlu bir Azərbaycanı ətrafında görmək istəmir. Amma biz bu yolda irəliləməliyik, çünki başqa çıxış yolumuz yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə