Türk birliyi dərin kök atır
04:12 16.09.2021
Aktual
777
“7 dövlət, bir millət” şüarı ilə hərəkət edirik
Türkmənistanın Türk Şurasına tam hüquqlu üzv olması olduqca vacibdir
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) gələn ay keçiriləcək Zirvə Görüşündə sədrlik Türkiyəyə keçəcək. Bu barədə AKP sədrinin müavini Binəli Yıldırım Əhməd Yəsəvi Beynəlxalq Qazax-Türk Dövlət Universitetində 2021-2022 tədris ilinin açılış mərasimində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, növbəti Zirvə görüşündə Türkmənistan Türk Şurasına tamhüquqlu üzv olacaq. Beləliklə 6 dövlət – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan təşkilata tamhüquqlu üzv olacaq.
Eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdiriləcək. Qurum bundan sonra “Türk Dövlətləri Təşkilatı” olacaq. O da qeyd olunub ki, Macarıstan başda olmaqla müşahidəçi üzv olmaq istəyən 15 ölkə isə növbədə gözləyir. Xatırladaq ki, Türkmənistan Türk Şurasının müşahidəçi üzvüdür.
Türk Şurasında gözlənilən dəyişikliklə bağlı “Şərq”ə fikirlərini bölüşən siyasi şərhçi Azər Həsrət bildirib ki, türk birliyinin daha da genişləndirilməsi istiqamətində atılan bütün addımlar sevindiricidir. Ekspert vurğulayıb ki, noyabr ayının 12-i İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti Zirvə görüşü keçiriləcək və qurumun adının dəyişdirilməsi ilə bağlı qərar veriləcək:
“Ad dəyişimi ilə bağlı əvvəlcədən məlumatlıydıq. Sadəcə rəsmilər açıqlama vermədiyinə görə, tələsmirdik. Türkmənistanın birliyə tam hüquqlu üzv olması olduqca vacibdir. Digər müstəqil türk dövlətləri Şuranın üzvü olsa da, Türkmənistanın və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin kənarda qalması üzücüdür. Kuzey Kıbrısla bağlı məsələ aydındır. Bu dövlətin rəsmi tanınma problemi olduğuna görə, təşkilata üzv qəbul edilməsi imkansız görünür. Türkmənistanın yanaşması isə bizi təəccübləndirirdi. Müstəqil dövlət niyə Türk Şurasından kənarda qalmalıdır?! Axır ki, Türkmənistan Şuraya üzvlüyə razılıq verdi. Hesab edirəm, Kuzey Kıbrısı da hansısa formada Türk Şurasına daxil etmək lazımdır. Əslində biz “7 dövlət, bir millət” şüarı ilə hərəkət edirik və Kuzey Kıbrıs 7 dövlətdən biridir. Müəyyən şəxslərlə söhbətimdə demişəm ki, Kuzey Kıbrıs rəhbərliyini də İstanbul Zirvəsinə qonaq qismində dəvət etmək lazımdır. Ən azından Türkiyə özü Kuzey Kıbrısı ölkə kimi tanıyır. Hələlik müstəqil türk ölkələrinin sayı 7-dir. Lakin gələcəkdə türk dövlətlərinin sayının artacağı qaçılmaz gerçəklikdir”.
A.Həsrət qeyd edib ki, Macarıstanla yanaşı, 15 dövlətin müşahidəçi statusu almaq istəyi ondan xəbər verir ki, Türk Şurası perspektivli təşkilat sayılır:
“Türk Şurasının dünyada söz sahibi olacağına inanan dövlətlərin sayı artmaqdadır. İllərdir deyirik ki, dünyanın, ən azından bizim coğrafiyanın qurtuluşunun yolu türk birliyindən keçir. Məncə, bu birliyin ortaq bayrağı, ordusu, valyutası, gömrüyü olmalıdır. Şengen ölkələri kimi sərhədlər götürülməlidir. Addım-addım buna doğru getməliyik. İstanbul Zirvə görüşündə bu istiqamətdə önəmli qərarlar olacağını düşünürük. Xeyli vaxtdır uğrunda çalışdığımız birlik reallaşmaqdadır. Biz bu birliyin faydasını 44 günlük Vətən savaşında, Türkiyə-Azərbaycan qardaşlığında gördük”.
İsmayıl Qocayev
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol