Türkdilli ölkələrin birgə sərmayə fondunun memorandumu imzalanacaq
Yusif Nəzərli
09:04 16.09.2022
Aktual
350
“Türkdilli ölkələrin birgə sərmayə fondunun yaradılması üzrə işlər yekunlaşmaq üzrədir. Sentyabrın sonuna bu məsələ ilə bağlı memorandum imzalanacaq”.
Oxu.Az-ın məlumatına görə, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev sentyabrın 16-da Şuşa şəhərində Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu ilin noyabr ayında növbəti sammitdə prezidentlər səviyyəsində bu fondun rəsmi açılışı olacaq:
“Fondun əsas məqsədi daha çox orta və kiçik sahibkarlığın inkişaf etdirilməsini nəzərdə tutur. Fondun əsas prioriteti Qarabağ regionu olacaq və bizim iş adamlarımız bu sərmayə fondundan faydalana biləcəklər”.
O qeyd edib ki, türk dövlətləri arasında azad ticarət zonası yaradılması üzərində çalışılır:
“Bunun üçün saziş imzalanmalıdır. Bu, uzun bir prosesdir. Təxminən 25 il vaxt tələb edir, fikrimcə, biz buna 10 ilə nail olmalıyıq”.
Baş katib əlavə edib ki, türkdilli dövlətlər gömrük sazişi imzalayacaq:
“Artıq gömrükdə keçidin sadələşdirilməsi ilə bağlı sazişi imzalamaq üzrəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sarkisyanın əmlakı müsadirə edildi
17:43 06.07.2026
Region
Bakı-Naxçıvan reysləri təxirə salınıb
17:19 06.07.2026
Ölkə
NATO Baş katibi Mark Rutte Türkiyəyə gəlib
17:11 06.07.2026
Region
Bu il dövlət büdcəsinə 8 mlrd. manatdan çox vergi daxil olub
16:56 06.07.2026
İqtisadiyyat
Filipe Luis "Monako"nun yeni baş məşqçisi olub
16:47 06.07.2026
Futbol
Paşinyan Mişustinlə görüşdə Rusiya ilə əməkdaşlıqdan danışıb
16:38 06.07.2026
Region
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
16:35 06.07.2026
Ekologiya
Azərbaycan futboluna ağır itki: Əməkdar məşqçi vəfat etdi
16:29 06.07.2026
Futbol
Rusiya səfiri Azərbaycan XİN-ə çağrıldı, nota verildi
16:23 06.07.2026
Siyasət
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi
16:06 06.07.2026
Son dəqiqə
Ermənistan Pakistana ilk səfirini təyin edib
16:02 06.07.2026
Region
Türkiyə MMU-nun nümayəndə heyəti Naxçıvana səfər edib
15:53 06.07.2026
Siyasət