“Türkiyə-Ermənistan sərhəddi hələ bağlı qalmalıdır” - Qarabağ məsələsi...
Yusif Nəzərli
09:56 11.04.2023
Aktual
460
Ermənistanın Türkiyədə səfirliyinin açılması yaxın vaxtlarda gündəmdə deyil, lakin ölkələr sərhəd-keçid məntəqələrinin açılması üzərində işləyirlər.
Bu barədə bazar ertəsi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber” telekanalının efirində bildirib.
“Yaxın vaxtlarda Ermənistan səfirliyinin açılması baş tutmaya bilər, çünki ilk növbədə başqa addımlar atmaq lazımdır. Biz Ermənistan üçün hava məkanımızı açmışıq, yük uçuşları həyata keçirilir, qarşılıqlı hava əlaqəsi başlayıb. Ermənistan hava daşıyıcıları bizim məkan vasitəsilə üçüncü ölkələrə uça bilər. Amma yerüstü keçid məntəqələrinin açılması üçün siyasi şərtlərlə yanaşı, ilk növbədə yolları hazırlamaq, körpünü bərpa etmək lazımdır. Artıq körpünün tikintisi ilə bağlı razılaşmalarımız var”, - deyə nazir bəyan edib.
Çavuşoğlu qeyd edib ki, quru sərhəd keçidinin açılması “diplomatik pasport sahibləri və ya üçüncü ölkələrin adi vətəndaşları” üçün nəzərdə tutulur.
Məsələyə münasibət bildirən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a söyləyib ki, Mövlud Çavuşoğlu Türkiyənin xarici siyasətindən yola çıxaraq açıqlama verib:
"Biz uzun illərdir ki, Türkiyə-Ermənistan sərhədinin bağlı olmasına səbəb kimi Qarabağ məsələsinin həll olunmamasının göstərildiyini bilirik. Bu gün də Qarabağ məsələsi tam həll edilməyib. Hətta Ermənistan İranı da Qarabağ probleminin iştirakçısı edərək, revanş arzulayır. Nəticədə də Azərbaycan Ermənistan və İranın iştirak etdiyi daha bir savaşa sürüklənir. Belə bir şəraitdə Türkiyənin Ermənistanla sərhədləri açma planları Azərbaycan ictimaiyyətində qəzəb yarada bilər. Həmçinin Türkiyədə seçkilər yaxınlaşır və bu ərəfədə belə açıqlamanın verilməsinin ölkədə narazılıqla qarşılanması mümkündür. Çünki Azərbaycan ictimaiyyəti Türkiyə ictimaiyyətinə ciddi təsir göstərir. Ermənistan-Türkiyə sərhədlərinin açılması və siyasətin normallaşdırılması, Azərbaycanla İran arasındakı gərginlik dönəminə təsadüf etdiyi üçün yaxşı fikir deyil. Türkiyə-Ermənistan sərhəddi Qarabağ məsələsi tam həll edilənə qədər bağlı qalmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm