
Türkiyə- İsrail münasibətləri yeni fazada! – Bunu nə zəruri etdi?
Türkiyə- İsrail münasibətləri yeni fazada! – Bunu nə zəruri etdi?
Yusif Nəzərli
10:23 20.09.2022
Aktual
663
“İndiki geosiyasi vəziyyət və regional təhlükəsizlik baxımından rəsmi Ankara və rəsmi Təl-Əviv arasında qarşılıqlı yaxınlaşma addımları günün tələbidir”
İsrail Türkiyə ilə münasibətlərin normallaşması fonunda bu ölkəyə yeni səfir təyin edib. Bu münasibətlə İrit Lillianın Ankaraya səfir olaraq göndərilməsinə qərar verilib.İsrail Xarici İşlər Nazirliyi Lillianın İsrailin Türkiyədəki səfiri vəzifəsinə təyin olunmasını təsdiqləyib.
Qeyd edək ki, iki ölkə arasında münasibətlərin normallaşması zamanı və ondan əvvəl Lillian İsrailin Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili olub.
Türkiyə-İsrail münasibətlərinin normallaşmasının indiki dövrün siyasi tələbi olduğunu deyən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a bildirib ki, rəsmi Ankaranın yaxın Şərqdə nüfuzunun artması İsrailin maraq dairəsindədir:

“Türkiyə və İsrail münasibətlərinin yeni fazaya qədəm qoymasında Lillianın çox böyük xidmətləri olub. Buna görə də rəsmi Təl-Əviv məhz Lillianın qardaş ölkəyə səfir təyin edilməsinə qərar verib. Türkiyə və İsrailin əlaqələrini bərpa etməsi cox vacib addımdır. İndiki geosiyasi vəziyyət və regional təhlükəsizlik baxımından rəsmi Ankara və rəsmi Təl-Əviv arasında qarşılıqlı yaxınlaşma addımları günün tələbidir. Xüsusilə ilk addımın İsrail tərəfindən atılması onların Türkiyə ilə əlaqələrini yenidən bərpə etməyin marağında olmasını göstərir. Çünki rəsmi Ankara ərəb ölkələri ilə münasibətləri yenidən gücləndirib. Onlar düşünür ki, Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması, həm də ərəb ölkələri ilə əlaqələrin güclənməsi deməkdir. İkili yaxınlaşmanın hərbi, mədəni, iqtisadi və siyasi əməkldaşlığın sürətlənməsinə təkan verəcəyini düşünürəm.Bu baxımdan səfirlərin qarşılılqlı təyin edilməsi çox vacibdir. Biz yaxın gələcəkdə Türkiyə-İsrail münasibətlərinin üst səviyyəyə qalxdığının şahidi olacayıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol