Türkiyədə tviter bağlandı və açıldı
Yusif Nəzərli
11:37 10.02.2023
Aktual
505
Müxalifət qərarı tənqid edir, hökumət isə dezinformasiyaların qarşısını almağa çalışdığını əsaslandırır
Türkiyə hakimiyyəti vətəndaşlar arasında çaşqınlıq yaradılması iddiası ilə zəlzələdən 2 gün sonra ölkədə ən çox istifadə olunan tviter sosial platformasını bağladı. Ölkə rəhbərliyinin bu addımı vətəndaşlar, o cümlədən siyasi qüvvələr arasında ciddi narazılığa səbəb oldu.
CHP lideri Kamal Kılıçdaroğlu bildirib ki, dağıntılar altında qalan insanlar sosial şəbəkə vasitəsilə imdad diləyir: “Biz insanlara VPN-dən istifadə etmələri üçün çağırış edirik. Yardımların koordinasiyası üçün yerlərdə olan dostlarıma VPN istifadə etmələrini söylədim. Ağlını itirmiş Saray iqtidarı sosial medianı məhdudlaşdırdı. Bunun nəticəsində yardım fəryadları daha az eşidilir. Gizlətməyə çalışdığınız hər şeyi bilirik. İzahınızı gözləyirik”.
İYİ Partiya lideri Meral Akşener isə deyib: “Zəlzələ qurbanlarının ehtiyaclarını çatdırmaq üçün əlaqə qurmaq bu qədər həyati önəm daşıyarkən, necə məhdudiyyət qoya bilərsiniz? Bu, necə bir pislikdir? Necə bir vicdansızlıqdır? Siz kimdən, nədən qorxursunuz? Ayıb olsun!”.
Məmləkət Partiyası lideri Muharrem İnce bu qərara görə Prezident Rəcəb Tayyib Ərdoğanı sərt tənqid edib: "Tviterə girişi bloklamaqla insanları dağıntılar altından xilas edə bilməzsiniz. İnsanlar tviterdə yardım çağırışları səsləndirir və yayırlar. Bu məntiqsiz qərarı dərhal dayandırın!”.
İstanbulun bələdiyyə başqanı Əkrəm İmamoğlu isə deyib:
“Prezident zəlzələ zonasında olan zaman mənfi reaksiyalar cəmiyyətə yayılmasın deyə sosial media və interneti məhdudlaşdırmaq, sadəcə, həqiqətdən qorxmaq və zəiflikdir. Türkiyə Cümhuriyyətini idarə edənlər özünə inamı yüksək olan insanlardan olmalıdır”.
Texno-bloger Fərid Pərdəşünas isə “Şərq”ə açıqlamasında deyib ki, Türkiyədə gözlənilməyən bir şəkildə tviterin bloklanması o qədər ciddi rezonans yaratdı ki, birbaşa işə Elon Mask da müdaxilə etməli oldu:
“Bu arada Türkiyə hökumətindən şəxsən Prezident R.T.Ərdoğan ilə Maskın çox yaxşı əlaqəsi və münasibəti var. Dərhal Nazirlik ilə tviter rəsmiləri videokonfrans həyata keçirdilər. Nazirlik tviterin saxta məlumatların yayılmasının qarşısını almadığını (saxta yer bildirimi), saxta yardım hesablarını bloklamadığını və cəmiyyətdə xaos yarada biləcək dezinformasiya ilə mübarizə aparmadıqlarını bildirib. Rəsmilər isə bunu qəbul edib və xüsusi işçi qrupu ilə məsələni nəzarətə götürüblər. Daha sonra Türkiyədə tviter istifadəyə açıldı. Halbuki Türkiyədə bir çox siyasi fəal məsələnin siyasi olduğunu, müxalif fikirləri boğmaq üçün bu addımın atıldığını iddia edirdi. Təcrübə isə göstərir ki, Türkiyə vaxtaşırı olaraq qlobal platformaları bloklamaqla, sonda öz dediyini elətdirib. Düşünürəm ki, qısa müddət belə olsa da, bunu bloklamadan da etmək olardı”.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə deyib ki, zaman-zaman Türkiyə hökumətinin qlobal sosial media resursları ilə, hətta onların bloklanması ilə nəticələnən problemləri olur. Ekspert hətta ötən ilin sonu Türkiyədə sosial media ilə əlaqəli qanun qəbul edildiyini xatırladıb: “Türkiyənin 10 bölgəsində baş verən zəlzələdən sonra tviter burada ən populyar sosial media vasitəsinə çevrildi.
Zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı, mövcud vəziyyət və problemlərlə bağlı, xüsusilə binaların tikintisindəki problemlərlə bağlı Türkiyə hökumətini tənqid edən paylaşımların çoxusu bu platforma vasitəsilə edilirdi.
Eyni zamanda Türkiyənin bəzi rəsmiləri, AFAD rəsmiləri məhz tviter vasitəsilə zəlzələ ilə bağlı yalan və saxta məlumatların yayıldığını açıqlayırdılar.
Tənqid olunan paylaşımlar da əsasən bu sosial platformalar üzərindən edilirdi. Bu kimi səbəblərdən zəlzələdən 2 gün sonra tviterin fəaliyyəti məhdudlaşdırıldı. Hətta qlobal monitorinq qrupu "NetBlocks" da Türkiyə ərazisində tviterin bloklandığını təsdiqləmişdi. Onu da deyim ki, "NetBlocks" açıqlamalarında zəlzələ olan ərazilərdə internet sürətinin xeyli zəiflədiyini qeyd etmişdi. Halbuki Türkiyə "TurkSat"ın imkanlarının yetərli olduğunu bildirərək İlon Maskın "Starlink" peyk interneti yardımından da imtina edib.
İlon Maskın sosial platformanın fəaliyyətinin bərpası üçün Türkiyə hökuməti ilə apardığı danışıqlardan sonra isə məhdudiyyət aradan qaldırıldı. Məlumata görə, tviter Türkiyə hökumətinin bu addımından sonra üzərinə öhdəlik götürüb və bildirilib ki, Türkiyə hökumətinin dezinformasiya olaraq göstərdiyi postları həmin an siləcək və profilləri bloklayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya
Moldova NATO-ya üzv olmaq istəmir
18:26 24.09.2026
Dünya
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
18:18 24.09.2026
Siyasət
Putin Fransadakı səfiri vəzifəsindən azad edib
18:07 24.09.2026
Gündəm
Ermənistanın Aİ-yə üzvlüyü avtomatik baş verməyəcək - ŞƏRH
17:56 24.09.2026
Gündəm
Tramp sülh prosesinin miqyasını dəyişdi - ŞƏRH
17:33 24.09.2026
Gündəm
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olundu
16:35 24.09.2026
Gündəm
YAP-da ciddi struktur dəyişikliyi olacaq
16:23 24.09.2026
Siyasət
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
16:21 24.09.2026
Ekologiya