
“Üçüncü Dünya Müharibəsi” gözlənilir? - Türk siyasətçidən şərh
Yusif Nəzərli
10:35 17.10.2023
Aktual
641
Qəzzada müharibə dayanmasa, İran müharibə cəbhələrini genişləndirəcək.Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
Nazir Hizbullahın İsrail hədəflərinə artan hücumlarını istinad edərək bildirib ki, hər saat yeni bir müharibə cəbhəsinin açılma ehtimalı artır:
"İran sakit dayanıb bu vəziyyətin gedişatını seyr edə bilməz".
Açıqlamanı“Sherg.az”a dəyərləndirən türk siyasətçi və yazar Aydın Sezer bildirib ki, ABŞ-nin Aralıq dənizindəki təyyarədaşıyan gəmiləri və Qərbin İsrailə tam dəstək verməsi əslində Livandakı “Hizbullah”a, xüsusən də İrana qarşı görülən bir tədbirdir:
“Qərb region ölkələrinə “biz buradayıq” İsrailin Qəzzadakı müharibəsində iştirak etməyin mesajını verir.
İsrailin Qəzzada əməliyyatları davam edərsə, ordu qurudan hücuma keçərsə, “Hizbullah” və İranın müdaxilə ehtimalı var. Bu mənada İran xarici işlər nazirinin bəyanatı əslində yeni deyil. Daha öncə “Hizbullah” da belə açıqlama vermişdi. Yəni bu ehtimal yüksəkdir. Lakin belə bir regional müharibəyə qərar verəcək İsrail və Netanyahudur”.

Analitikin sözlərinə görə, İsrail uzun müddətdir ki, İranı təhlükəsizliyinə təhdid kimi görür:
“Həmçinin hər zaman Suriyada İran və Hizbullah infrastrukturuna davamlı hücumlar edir. Ona görə də İsrailin geri addım atması mümkün olmaya bilər. Yəni belə bir risk hələ də mövcuddur. Digər ərəb ölkələrinin belə bir müharibəyə girməsi ehtimalı isə çox azdır. Məsələn, Suriyanın döyüşə gücü, Əsədin isə iradəsi yoxdur. Eyni zamanda Rusiyanın da belə bir müharibədə olacağını düşünmürəm. Çünki Rusiyanın Fələstin, İran və İsraillə münasibətləri artıq kifayət qədər yaxşıdır. “Üçüncü Dünya Müharibəsi”nin mümkünlüyünü müzakirə etmək üçün isə hələ tezdir”.
Qeyd edək ki, İran bundan öncə də bir neçə dəfə bu cür təhdidvari açıqlama verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya