Ukraynada Azərbaycan vətəndaşları həlak olublar
Yusif Nəzərli
08:05 10.02.2023
Aktual
335
Ukraynanın Donetsk vilayətinin Toretsk şəhərinin Kleşiyevka qəsəbəsində ötən gün axşam 2 mülki Azərbaycan vətəndaşı Rusiya ordusunun qəfil mərmi atəşi nəticəsində həlak olublar.
"Report"un Şərqi Avropa bürosunun əldə etdiyi məlumata görə, əslən Azərbaycanın Masallı rayonundan olan 60 yaşlı Əliyev Sadıq və oğlu 31 yaşlı Əliyev Cavidin meyitləri mərmi zərbəsindən hissələrə parçalanıb.
Belə ki, Donetsk vilayətinin Pokrovsk şəhərində müvəqqəti yaşayan Azərbaycan vətəndaşları olan ata-oğul ötən gün Toretsk şəhərinin Kleşiyevka qəsəbəsinə iri buynuzlu heyvan (inək) almağa gediblər. Heyvan sahibinin həyətində alış-veriş zamanı qəfil ev Rusiya ordusu tərəfindən mərmi atəşinə tutulub. Nəticədə ev sahibi və adları qeyd olunan Azərbaycan vətəndaşları faciəvi şəkildə həlak olublar.
Hadisənin ardınca yaxın rayonlardan onların ardınca gedən həmyerlilərimiz onlara məxsus avtomobili və üstlərində olan 40 min qrivenə qədər pulu tapmayıblar. Yerli polisin köməyilə axtarışdan sonra avtomobil qəsəbənin kənarında tapılıb. Azərbaycan vətəndaşlarının meyitləri hissələri toplanmış halda hazırda Donetsk vilayətinin Konstantinovka şəhərində morqdadır. Hər iki ailəli olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya
Moldova NATO-ya üzv olmaq istəmir
18:26 24.09.2026
Dünya
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
18:18 24.09.2026
Siyasət
Putin Fransadakı səfiri vəzifəsindən azad edib
18:07 24.09.2026
Gündəm
Ermənistanın Aİ-yə üzvlüyü avtomatik baş verməyəcək - ŞƏRH
17:56 24.09.2026
Gündəm