Vüqar Bayramov: İşğaldan azad olunan ərazilərimizdə məskunlaşma 4 mərhələdə aparılacaq
13:40 04.07.2021
Aktual
702
“İyulun 3-də Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bu Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən xarici siyasətinin və diplomatiyamızın uğuru kimi dəyərləndirilməlidir”.
Sherg.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O qeyd edib ki, bununla yanaşı, mina xəritələrinin təqdim olunması məskunlaşma prosesinin proqnozlaşdırıldığından daha qısa müddətə rellaşmasına səbəb ola bilər:
“Belə ki, hazırda bərpa və yenidən qurma işləri üçün ən ciddi əngəllərdən biri məhz həmin ərazilərimizdə işğal dövründə ermənilər tərəfindən kifayət qədər çoxlu sayda minaların basıdırlmasıdır. Xəritələrin təqdim edilməsi minadan təmizləmə müddətini qısaltmaqla infrastruktur işlərini sürətləndirəcək. Milli Məclisdə təmsil etdiyimiz Füzuli rayonu keçmiş təmas xəttində yerləşdiyi üçün düşmən qonşularımız tərəfindən bu ərazilərimizdə çoxlu minalar yerləşdirilib. Füzuli rayonunun işğaldan azad olunan ərazilərində hazırda Beynəxalq Hava Limanının tikintisi daxil olmaqla regional əhəmiyyət daşıyan infrastruktur işləri həyata keçirilir. İnfrastrukturun formalaşmasından sonra inzibati, sosial və yaşayış binalarının inşası üçün ərazinin minalardan təmizlənməsi çox vacibdir”.
V.Bayramov qeyd edib ki, işğaldan azad olunan ərazilərimizdə məskunlaşma 4 mərhələdə aparılacaq:
“ Birinci mərhələdə minalardan təmizlənmə, dəymiş ziyanın qiymətləndirilməsi, ikinci mərhələ infrastrukturun formalaşdırılması, o cümlədən kommunal xidmətlərə əlçatanlığın təmin edilməsi üçün xüsusu şəbəkənin yaradımasıdır. Üçüncü mərhələ sosial və və inzibati binaların inşa edilməsi və dördüncü mərhələ vətəndaşlarımızın dədə-bab yurdlarına qayıtması və məskunlaşmasıdır. İnanırıq ki, bu mərhələləri daha qısa zamanda reallaşdırmaq mümkün olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial