Xaçaturyan azərbaycanca danışdı – VİDEO
Xaçaturyan azərbaycanca danışdı – VİDEO
Yusif Nəzərli
10:22 17.10.2023
Aktual
398
Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri – Vaqif Xaçaturyanın məhkəməsində həmin kəndin sakini Kamran Rəcəbov çıxış edib.
“Qafqazinfo” xəbər verir ki, Meşəli soyqırımında övladını itirən K.Rəcəbov təqsirləndirilən şəxsə ən ağır cəzanı tələb edib:
“Qışın soyuq günü idi. Gecə səsə ayıldım. Həyat yoldaşım 1 yaşlı uşağımla birgə meşəyə qaçıb gizləndi. Bir neçə saat sonra uşaq kürəyində donub öldü. Həyat yoldaşım da əlil qalıb. Bundan başqa bir ailəni məhv etdilər. Güllələnmə və ya ömürlük tələb edirəm”.
Daha sonra zərərçəkmiş Eldar Salmanov ifadə verib. E.Salmanovun həmin vaxt 16 yaşı olub. Zərərçəkmiş ifadəsində dəhşətli hadisələrə şahid olduğunu deyib:
“Təsəvvür etmək belə dəhşətdir. 28 nəfərin meyiti mənim yanımda yığıldı. Döşləri kəsilmiş qadınlar, qulağı kəsilmiş insanlar var idi. Bunlarda qulaq kəsib aparana yaxşı pul verirdilər”.
Zərərçəkmişin dediyinə görə, Xaçaturyanın da üzv olduğu dəstə meyitlər üzərində də nalayiq hərəkətlər ediblər:
“Meyitlərin gözünü çıxarır, müxtəlif hərəkətlər edirdilər. Ən qatı türk düşmənidir bunlar. Bunlar evə od vurub oynayırdılar. Yanan evin içində qızların ah-nalə səsləri eşidilirdi. Yanğından qaçıb çıxanı da güllələyirdilər”.
Qeyd edək ki, məhkəmə prosesində Vaqif Xaçaturyan bəzi epizodlarda zərərçəkmiş şəxslərlə Azərbaycan dilində danışıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aleksandr Vuçiç sentyabrın sonunda istefa verəcək
15:53 11.09.2026
Dünya
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
15:45 11.09.2026
Gündəm
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya