Xanım politoloq: Fransa da artıq yeni reallıqları qəbul etmək ərəfəsindədir
13:09 13.05.2024
Aktual
593
Fransa mayın 10-11-də Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların yeni raundunun keçirilməsini alqışlayır.
Bu barədə Fransa Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş bəyanatda deyilib.
Sənəddə aparılan delimitasiya işlərini sona çatdırmağın vacibliyi bildirilib:
“Fransa 2022-ci il oktyabrın 7-də Praqada keçirilən dördtərəfli görüşün davamı kimi tərəflərin 1991-ci il Almatı Bəyannaməsinə sadiqliyini və bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını təsdiqləməsinin vacibliyini vurğulayır. Bu kontekstdə Fransa 19 aprel 2024-cü il tarixli bəyannamədə qəbul edilmiş prinsiplərə əsaslanaraq sərhədin delimitasiyasını, həmçinin iki ölkə arasında sülh müqaviləsinin imzalanması məqsədilə müzakirələri davam etdirməyə çağırır. Biz Qazaxıstan hakimiyyətinin bu danışıqları asanlaşdırmaq təşəbbüsünü alqışlayırıq. Fransa beynəlxalq hüquqa uyğun olaraq Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olması üçün tərəfdaşları ilə birgə fəaliyyətini davam etdirəcək".
Mövzu ilə bağlı “Sherg.az”a danışan xanım politoloq Aytən Qurbanova bildirib ki, Fransa da artıq keçmiş ATƏT-in Minsk qrupunun digər həmsədrləri kimi yeni reallıqları qəbul etmək ərəfəsindədir:
“Təbii ki, bu Fransanın regionla bağlı məkrli niyyətlərinin tamamilə yox olması demək deyil. Eyni zamanda, rəsmi Parisin qərəzli anti-Azərbaycan mövqeyində də ildırım sürətli dəyişiklik gözlənilmir. Amma Fransanın həm Cənubi Qafqazdakı, həm də Türk dünyasındakı maraqlarının ifadəsi Azərbaycan ilə olan münasibətlərin dinamikasından birbaşa asılı olduğu üçün o post-müharibə dövrünün reallıqları ilə barışmağa məcburdur. Çünki cənab Prezident İlham Əliyevin dəfələrlə aydın şəkildə bəyan etdiyi kimi nəinki Fransa, ümumiyyətlə qlobal sistemin heç bir aktoru Azərbaycanın maraqlarını gözardı edərək diktə dili danışa bilməz. Belə olan halda Fransa XİN-nin 10 may 2024-cü il tarixində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilmiş Almatı görüşü ilə bağlı dərc etdiyi bəyənatda ifadə olunan fikirlər mövcud reallığın rəsmi Paris tərəfindən çox yaxşı bilindiyini növbəti dəfə bəyan etmiş olsa da, bunlar onun səmimi mövqeyinin ifadəsi olaraq dəyərləndirilə bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya