Xankəndidə bayrağımızın dalğalanması böyük və mühüm hadisədir - Millət vəkili
11:31 16.10.2023
Aktual
527
"Separatçılığın bütün təzahürləri, təbliğatlar məhz Xankəndidəki həmin binadan, qarşısındakı meydandan başlamışdı..."
"Qarabağın bütün ərazilərində Azərbaycanın konstitusion quruluşunun təmin olunması, dövlətin nəzarətinin tam təmin olunması böyük və mühüm hadisədir".
Bu barədə "Sherg.az"a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, separatçılığın bütün təzahürləri, təbliğatlar məhz Xankəndidəki həmin binadan, qarşısındakı meydandan başlamışdı:
"Daha sonra bütün Qarabağ ərazisini əhatə etmişdi. Daim ermənilərə qonaqpərvərliyini, mərhəmətini göstərən, onlara öz ərazilərində şərait yaradan Azərbaycana qarşı ermənilər xəyanət etdilər. Bu gün ermənilər həmin xəyanətin, düşmənçiliyin cəzasını çəkilər. Cənab Prezidentin Xankəndinə, Xocavəndə, Xocalıya, Ağdərəyə səfəri, orada Azərbaycan bayrağını ucaltması, çıxışı zamanı verdiyi mesajlar xüsusilə önəm daşıyır. Bu, təkcə Ermənistana yox, onların havadarlarına verilmiş mesajları idi. Dövlət başçısı çıxışında vurğuladı ki, o vaxt bu proseslər Fransada bir məqalənin dərc olunması ilə başladı və sonrakı dövrdə də bütün bu ərazilərdə, bölgədə alovlanmağa başladı".
Parlament üzvü vurğulayıb ki, nəticədə bütün separatizm fəaliyyəti ermənilərin öz başında çatladı:
"Artıq sözügedən ərazilər Azərbaycanın nəzarətindədir. Digər azad etdiyimiz ərazilər kimi bu bölgə də ən qısa zamanda yenidən qurulacaq, tikiləcək və abad ediləcək. Bunun üçün bir sıra zəruri tədbirlər həyata keçirilir. Cənab Prezidentin vurğuladığı kimi bu, Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi nəticəsində reallaşdı. Bunu həm də dövlət başçısı İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 20 illiyi münasibətilə həyata keçirilmiş mühüm addım kimi qiymətləndirmək olar".
Qeyd edək ki, Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb. Beləliklə, tarixi ədalət bərpa olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya