Yanğına məruz qalan meşə sahələri bərpa ediləcək
10:55 29.10.2019
Aktual
469
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu payız əvvəlki illərdə yanğına məruz qalan meşə sahələrinin bərpasına başlayacaq”.
APA xəbər verir ki, bunu jurnalistlərə Nazirliyin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov deyib. Onun sözlərinə görə, artıq meşəbərpa işlərinin aparılması üçün Qəbələ, Oğuz, Şəki, Bərdə, Yardımlı, Şamaxı, İsmayıllı rayonlarının yanğına məruz qalan meşə sahələrində hazırlıq işləri görülür.
Əvvəlcə torpağın üst qatı yumşaldılır, sonra müxtəlif meşəcinsli ağacların toxumları səpilir. A.Qaraşov adıçəkilən rayonların sakinlərinə müraciət edərək xahiş edib ki, meşə sahələrinə mal-qaranı buraxmasınlar: “Bununla həm yeni əkilmiş tinglərin qorunmasına, həm toxumların cücərməsinə, həm də təbii bərpa işlərinin getməsinə şərait yaranacaq. Hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları nəticəsində minlərlə hektar meşə zolaqları yanaraq külə dönür. Şükürlər olsun ki, Azərbaycanda böyük sahələri əhatə edən meşə yanğınları olmayıb, kiçik həcmli yanğınlar baş verib ki, bunun da qarşısı tez bir zamanda alınıb”.
Nazirlik rəsmisi bildirib ki, Azərbaycanda meşə yanğınları əsasən havaların isti və quraq keçdiyi yay aylarında, yəni ot örtüyünün tam quruduğu zaman əsasən insanların ehtiyatsızlığı səbəbindən baş verib: “Məsələn, kimsə söndürülməmiş siqaret kötüyünü, kibriti əraziyə atanda, tonqalı söndürməyəndə, taxıl biçildikdən sonra kövşənləri yandıranda yanğın olur. Meşə sahələri ən qiymətli milli təbii sərvətimizdir. Ona görə onları həm yanğından, həm də mal-qara tapdağından qoruyaq ki, meşələrimiz özünü bərpa edə bilsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm