
Zelenskinin Qərbə mesajı: Kiyev sammitdən ümidlidir -RƏY
12:22 05.06.2024
Aktual
571
İyunun əvvəli bütün 2024-cü ilin, hətta yayın necə keçəcəyini müəyyən edəcək.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“İyun ayının əvvəlləri bütün yayı və bu ilin taleyini müəyyən edəcək həftələrdir. Söhbət Ukrayna konflikti ilə bağlı sülh sammitindən, AB ilə münasibətlərdən və cəbhədəki mövqelərdən gedir”, – o bildirib.
Zelenskinin fikirlərinə münasibət bildirən hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, Ukraynanın İsveçrədə keçirilən sülh sammitindən gözləntiləri çox idi:

“Çünki Ukrayna bütün dünya dövlətlərinin sammitdə iştirak edəcəyini gözləyirdi. Bu isə Rusiyanı təkləmək və Ukraynaya dəstək adına effektiv şanslar vəd edəcəkdi. Amma son bir həftədir davamlı şəkildə bəzi ölkələrin sammitdən imtina etdiyini görürük. Xüsusilə də Çin və onun təsirindəki bir neçə dövlətin sammitdən imtina etməsi Ukraynada əvvəlki gözləntiləri müəyyən qədər azaldıb. Amma yenə də Ukraynanın Qərb faktoru fonunda sammitdən ümidləri var. Zelenskinın çıxışı isə bir növ Qərbə mesajdır. Yəni əgər Ukraynaya lazım olan dəstək veriləcəksə, Qərb prosesə daxil olmadan rəsmi Kiyev canlı qüvvə baxımındab tək başına Rusiyanı məğlub edə bilər. Zelenski Ukraynanın öz daxili resursları ilə Rusiyaya qalib gəlmək ehtimalının olmadığını anlayır. Rusiyanın Ukraynadan sonrakı hədəfi Şərqə, Cənubi Qafqaza deyil, Avropaya və Baltik ölkələrinə yönəlib. Bu isə Avropa ölkələri üçün daha ciddi təhlükələrin doğmasından xəbər verir. İsveçrə sammitində Amerika Birləşmiş Ştatları və Fransa kimi ölkələr Ukraynaya dəstəyin artırılması yönündə mövqe sərgiləyəcək. İyundan sonrakı əməliyyatlarda Ukraynanın Rusiya qarşısında dirənişlərini təmin etmək məsələsi aktuallığını qoruyacaq. Amma lazım olan qədər texnikanı Amerika, Fransa və İngiltərənin verməsi məsələsi sual altındadır. Həmin ölkələr mövzu ilə bağlı biri-birilərindən ilk addımı gözləyirlər. Həmin ölkələr Ukraynaya dəstək verilməsi ilə bağlı dəfələrlə bəyanatlar verirlər. Amma açıqlamanı verdikdən sonra rəsmi sənədlərlə de-fakto addım olaraq bunu həyata keçirmirlər”.
Qeyd edək ki, Ukrayna silah çatışmazlığı ucbatından Rusiya qarşısında çətin vəziyyətə düşdüyünü açıqlayır. Bununla belə, Qərb ölkələri də Ukraynaya təcili yardımların artırılmasının vaxtının çatdığını deyirlər. Rusiya isə Ukraynaya yardımların artırılması və ərazisinin vurulmasına icazənin dəhşətli nəticələrə gətirib çıxaracağını vurğulayır.
Oxşar xəbərlər
İsrailin "soyqırımı" qərarı bölgədə sülh və əməkdaşlıq istəyənlərin düşmənlənin əlinə oynayacaq -ŞƏRH
19:11 28.06.2026
Tofiq Abbasov: “İran və ABŞ arasında gərginliyin arxasında üçüncü qüvvələr dayanır”
17:04 28.06.2026
Xəbər lenti
Hamısına bax
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya
Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir
10:57 29.06.2026
Gündəm
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
10:33 29.06.2026
Mədəniyyət
Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanıldı
09:55 29.06.2026
Hadisə
Saatlıda 8 kiloqram narkotik vasitə aşkarlandı
09:37 29.06.2026
Hadisə
Qızıl və gümüş ucuzlaşdı
09:09 29.06.2026
İqtisadiyyat
Kiprda iki uşaq avtomobildə ölü tapıldı
08:28 29.06.2026
Dünya
Britninin oğulları podiumda!
07:27 29.06.2026
Şou
“iPhone 18 Pro” modellərinin kamerası tamamilə dəyişir
06:52 29.06.2026
Texnologiya
Daha bol məhsul üçün yayda budanmalı olan 7 meyvə ağacı
06:16 29.06.2026
Maraqlı
SZ: Polşa Almaniyadan təzminat tələbi ilə bağlı taktikasını dəyişib
05:35 29.06.2026
Dünya
Beyons əri ilə Nyu-York küçələrində
03:49 29.06.2026
Dünya