"Müharibədən sonra Ermənistan hökumətinin sülh danışıqları ilə bağlı atdığı bütün addımlar məcburiyyətdən irəli gəlib. Hansısa təzyiqlərdən sonra nisbətən irəliləyişə doğru mövqe sərgiləyiblər. Digər bütün hallarda isə rəsmi Bakının şərtlərindən, tələblərindən qaçıblar, müxtəlif bəhanələrlə sülh danışıqlarından uzaqlaşıblar. Sərhədlərin müəyyənləşməsi ilə bağlı komissiyaların yaradılması, kommunikasiyalar və s. məqamlarda da sırf məcburiyyət qarşısında qaldıqları üçün "fəaliyyət" imitasiyası edirlər. Azərbaycan Ermənistan tərəfinə növbəti ciddi xəbərdarlığını etdi və bir günlük əməliyyatla Qarabağdakı separatizmə son qoyuldu. Şübhə yox ki, İrəvan hakimiyyəti bölgədə rəsmi Bakının diktəsi ilə yaradılmış bu yeni reallığı da qəbul etmək məcburiyyətindədir. Ermənistanın başqa yolu yoxdur".
Zəngəzur dəhlizi nə vaxt açılacaq?
03:52 17.10.2023
Aktual
490
Ermənistan təcrid siyasətini davam etdirməklə bütün regional iqtisadi layihələrdən də kənarda qalacaq
İndi Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazirin sözlərinə görə, bu məsələdə beynəlxalq ictimaiyyətin də rolu böyük əhəmiyyət kəsb edir: “Ermənistanın revanşist cəhdlərinin hər hansı bir şəkildə dəstəklənməməsi bu bölgənin rifahı və sülhün alternativinin olmamasına dair çağırışların edilməsi olduqca vacibdir”.
Politoloq İlqar Vəlizadə "Sherg.az"a açıqlamasında bildirib ki, təcrübə göstərir ki, Ermənistan Baş naziri Nikol Paşinyan, daha doğrusu, İrəvan hökuməti indiyə kimi öz xoşu ilə heç bir addım atmayıb. Ekspertin sözlərinə görə, baş nazirin bundan sonra da sülh yolunda daha sağlam addımlar atacağı, əməli fəaliyyətə keçəcəyi gözləntisi azdır:
"Müharibədən sonra Ermənistan hökumətinin sülh danışıqları ilə bağlı atdığı bütün addımlar məcburiyyətdən irəli gəlib. Hansısa təzyiqlərdən sonra nisbətən irəliləyişə doğru mövqe sərgiləyiblər. Digər bütün hallarda isə rəsmi Bakının şərtlərindən, tələblərindən qaçıblar, müxtəlif bəhanələrlə sülh danışıqlarından uzaqlaşıblar. Sərhədlərin müəyyənləşməsi ilə bağlı komissiyaların yaradılması, kommunikasiyalar və s. məqamlarda da sırf məcburiyyət qarşısında qaldıqları üçün "fəaliyyət" imitasiyası edirlər. Azərbaycan Ermənistan tərəfinə növbəti ciddi xəbərdarlığını etdi və bir günlük əməliyyatla Qarabağdakı separatizmə son qoyuldu. Şübhə yox ki, İrəvan hakimiyyəti bölgədə rəsmi Bakının diktəsi ilə yaradılmış bu yeni reallığı da qəbul etmək məcburiyyətindədir. Ermənistanın başqa yolu yoxdur". Analitik vurğulayıb ki, hazırda gündəmdəki əsas məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır: "Ancaq Ermənistan bu məsələdə də mümkün qədər vaxtı uzatmağa çalışır. Azərbaycan nə qədər gözləyəcək? Təbii ki, çox gözləmək fikrimiz yoxdur. İran vasitəsilə artıq yol çəkilir. Tehranla müəyyən şərtlər razılaşdırılandan sonra Ermənistan olan-qalan şansını da itirmiş olacaq. Zəngəzur dəhlizi sadəcə nəqliyyat yolu olmayacaq, həm də enerji dəhlizi rolunu oynayacaq. Ermənistan təcrid siyasətini davam etdirməklə regional bütün iqtisadi layihələrdən də kənarda qalacaq. Bunun ziyanını da ermənilər özləri çəkəcək. Ceyhun Bayramov bunları nəzərə alaraq, çağırış edir ki, bəlkə ayıldılar. Sonrakı peşmanlıq fayda verməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya