Çindən dünyaya böyük göz dağı...







Çin Xalq Respublikası, ikinci dünya müharibəsinin bitməsinin 70-çi ilini paytaxt Pekinin ürəyi sayılan Tiananmen meydanında təşkil etdiyi nəhəng ordu paradı ilə qeyd etdi.
Çinin ən müasir silahlarının sərgiləndiyi parada başda Rusiya dövlət başçısı Vladimir Putin olmaqla Pekinlə yaxın əlaqəsi olan bəzi Orta Asiya, Cənub Amerika və Afrika ölkələrindən liderlər qatıldı.
Bu liderlər arasında Misirdə çevirişlə iqtidara gələn Abdulfettah Sisi ilə Sudanda ağır döyüş cinayətləri işlətdiyi qarşıya qoyulan Ömər Əl Bəşir də iştirak etdi. Xi Jinpingin mərasim əvvəli lojaya Vladimir Putin ilə yan-yana gedərək girməsi diqqət çəkdi. Buna qarşılıq, Qərb ölkələrindən heç bir lider mərasimdə iştirak etmədi.

Əsgər sayı 300 min azalacaq

Çin dövlət başçısı Xi Jinping, Xalq Qurtuluş Ordusunun bünyəsindəki əsgər sayının 300 min azaldılacağını açıqladı. Əsgər azaldılması üçün hər hansı bir təqvimdən bəhs etməyən Xi, ən inkişaf etmiş mərmi və tankların müşaiyəti ilə keçidə hazır gözləyən minlərlə əsgərin olduğu sahədə verdiyi açıqlamada, "Çin əbədi olaraq barışçıl inkişaf yolunda gedəcək" dedi.

Xinin meydana giriş üçün düzülən əsgəri birlikləri mindiyi yerli marka iş avtomobilinin üzərindən salamlamasının arxasından başlayan paradda cəmi 12 min əsgər hərəkət etdi . Əsgəri birliklər arasında Rusiyadan da bir mərasim qitəsi iştirak etdi.



Amerikan donanmasının qorxulu yuxusu : DF-21D

Ordu büdcəsini on illərdir sürətlə böyüdən Çin, keçid əsnasında nüvə başlıq daşıya bilən balistik mərmilərin yanında, ən inkişaf etmiş tankları, zirehli personal daşıyıcıları, radar sistemləri, təyyarə və vertolyotlarını sərgilədi. Dünyaya ilk dəfə göstərilən silahlar arasında ən çox diqqət çəkəni DF-21D mərmisi oldu. Kosmik gəmi ovçusu olaraq bilinən mərmi, müşahidəçilər tərəfindən Pasifikdəki Amerikan əsgəri hakimiyyətinə ən böyük təhdid olaraq xarakterizə edilir.

"Yaponiyaya qarşı deyil"

Çində mütləq iqtidarı əlində tutan Çin Kommunist Partiyası, paradın İkinci Dünya Savaşındakı Yapon işğalının yaratdığı dağıtma və ağrıların xatirəsinə "barış" üçün edildiyini, hər hansı bir ölkəni hədəf almadığını yazır. Ancaq, rəsmi mətbuat və televiziyalarda gün boyu Yaponiya əleyhinə serial, film, ya da sənədli filmlər göstərilir.

Obamanın Alaska dövründə Çin sürprizi

Pentaqondan dünən verilən şərhdə, Çin donanmasına aid beş döyüş gəmisinin Berinq dənizindəki beynəlxalq sularında olduğu bildirildi. Söz mövzusu olan bu inkişafın Barak Obamanın üç günlük Alaska səfəri əsnasında reallaşması diqqət çəkdi. Pentaqon spikeri Jeff  Davis, Berinqdə Çin gəmilərinin ilk dəfə görüldüyünü söylədi. Çin mediasında isə bu vəziyyətələ bağlı hər hansı məlumat və ya bir şərh verilmədi.