Yalnız ana olmaq istədi








ABŞ-da yaşayan bu gənc qadının inanılmaz bir həyat hekayəsi var... Dünyada çox  nadir görünən bir xəstəliklə dünyaya gələn Stephanie bir ilki bacardı. Hər şeyə baxmayaraq indi 2 uşaq anasıdır. Üstəlik uşaqlarda onun xəstəliyindən əsər-əlamət yoxdur.
Stephanie Turner çox nadir görünən "Harlequin tipi iktiyozis", yəni "Kloun körpə sindromu" adı verilən bir dəri xəstəliyiylə dünayay gözlərini açıb. Dərinin həddindən artıq sərtləşməsi səbəbiylə yaranan və bədəninin hər yerini bürüyən qırmızı rənglərdən ibarət olan bu xəstəlik gənc qadının həyatını çox çətinləşdirdi. Ancak o hər şeyə baxmayaraq qorxmadı. Əvvəl sevdiyi adamla evləndi.
Ardından başlarına nə gələcəyini heç bir həkimin söyləyə bilmədiyi riski göz altına aldı və uşaq sahibi oldu. Həkimlər körpəsinin də eyni xəstəliklə doğulub- doğula bilməyəcəyinə dair heç bir şey söyləyə bilmirdilər. Çünki dünya ilk dəfə bu xəstəliklə çarpışan bir qadın ana olmaq istəyirdi və buna cəsarət edirdi.
23 yaşlı Stephanie Turnerve həyat yoldaşı ilk körpələrini qucaqlarına aldıqda həyatlarının ən xoşbəxt anını yaşadılar. Körpədə hər hansı ibir xəstəlik əlaməti yox idi. Wiily adını verdikləri oğlan uşağından sonra cütlük eyni "qumarı" yenidən oynadı və olduqca sağlam bir də qız uşağı dünyaya gəldi. Tək problem isə ilkinə görə  bu dəfə daha çox  ağrılı və sancılı keçən bir hamilələik və doğuş idi. Stephanienin dərisi bu dəfə daha çox reaksiya göstərmişdi.