Uorlik: “Biz atәşkәsi möhkәmlәndirmək üçün etimadı artıracaq tәdbirlәr tәklif edirik”




"İlin böyük bir dövründə Azәrbaycan-Ermәnistan sәrhәdindә vә tәmas xәttindә vәziyyәt stabil qalıb”.
Bu sözləri son vaxtlar cәbhә xәttindә baş verәn gәrginliklә bağlı APA-nın sualını cavablandıran ATӘT-in Minsk Qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik deyib.
C. Uorlik bildirib ki, ATӘT-in Minsk Qrupu hәmsәdrlәri dəfələrlə tәrәflәri gәrginliyi azaltmağa vә atәşkәs rejiminә ciddi әmәl etmәyә çağırıb: "Biz hәmçinin atәşkәs rejiminin möhkәmlәnmәsinә xidmәt etmək vә danışıqar prosesinә daha münbit şərait yaratmaq üçün qarşılıqlı etimadı artıracaq tәdbirlәr tәklif etmәyә davam edirik”.