Ata və qızı hamını gözyaşlarına boğdu








Rafael və Tatiana 20 və 17 yaşlarındaykən tanış olurlar. 3 illik bərabərliklərindən sonra evlənirlər. Xoşbəxt cütlüyün bir müddət sonra ilk uşaqları - Raisa dünyaya gəlir. Vəkillik edən Tatiana ikinci uşaqlarına hamiləykən bir gün başqa bir şəhərə məhkəməyə gedir. Təəssüf ki, səfər zamanı yol qəzası keçirərək ölür. Rafael üçün çətin günlər başlayır. İfadə etdiyinə görə, bu fəlakətdən sonra iş tempini azaltmış, yemək hazırlamağı öyrənmiş, qızına analıq da etməyə başlamışdı. Rafaelin bir çəkincəsi var: Qızının anasını unutması. "Buna necə maneə olaram" deyərək belə bir fikir ağılına gəlmiş və dərhal tətbiq etmiş: Zamanında Tatiana ilə çəkdirdikləri şəkilləri bu dəfə ata qız yenidən canlandırmışlar.Tatiananın ölümündən tam bir il sonra Rafael bu yeni fotoşəkilləri yaxın yoldaşlarıyla paylaşır. Yoldaşlarının çox təsirləndiyi fotoşəkil  bu şəkildə internetdə bütün dünyaya yayılır.