Baş ağrısının səbəbi şok etdi

Həkimlər qadının beynində 8 bağırsaq qurdu sürfəsinin olduğunu söylədi



Baş ağrısı şikayətiylə həkimə gedən 31 yaşlı qadının ağrılarının səbəbi ortaya çıxınca həkimlər şok oldu.

31 yaşlı Yadira Rostro adlı Texaslı qadın getdikcə artan baş ağrıları səbəbiylə zaman- zaman görə bilməz hala gəlincə həkimə getdi, gerçək ortaya çıxdı. Araşdırmalar nəticəsində qorxunc diaqnozu qoyan həkimlər qadının beynində 8 bağırsaq qurdu sürfəsinin tapıldığını ifadə etdi. Nerocərrah Richard Meyrat kiçik kisələr içindəki sürfələrin qida yoluyla keçdiyini və beynə çatdıqlarını dilə gətirdi. Peşə həyatında belə bir hadisəylə qarşılaşmadığını ifadə edən həkim yazıq qadının ölmədiyi üçün şanslı olduğunu söylədi. Sürfələr təmizləndikdən sonra baş ağrılarının keçdiyi və qadının vəziyyətinin yaxşı olduğu öyrənildi.