Tanınmış bəstəkarın səhhəti pisləşdi

Tahir Əkbər başından əməliyyat olunacaq


Tanınmış bəstəkar Tahir Əkbərin səhhətində problem yaranıb.
Bu barədə əməkdar artist Aybəniz Haşımova öz Facebook səhifəsində məlumat verib.
"Xalqımızın əvəzsiz bəstəkarı Tahir Əkbər sabah günorta saatlarında Neyrocərrahiyyə institutunda başından əməliyyat olunacaq.
Bütün xəstəxananın rəhbərliyinə, həkimlərə, Səhhiyyə nazirliyinə və millət vəkili Aydin Mirzəzadəyə göstərdikləri diqqət və qayğıya göre təşəkkür edirəm.
Allah böyük bəstəkarımıza can sağlığı və uzun ömür versin”.