Rusiya 4 döyüş vertolyotunu təslim etdi

Bu vertolyotlardan iki həftə sonra terror təşkilatı IŞİD-ə qarşı davam etdirilən əməliyyatlarda istifadə ediləcək




İraq Hava qüvvələri Komandiri Hamit əl-Maliki, Rusiya ilə imzalanan razılaşma çərçivəsində Rusiya istehsalı olan 4 döyüş vertolyotunun Bağdada çatdığını bildirib.
Maliki,  yazılı şərhində, "Rus istehsalı olan 4 döyüş vertolyotunu bu gün təslim allıq. Bu vertolyotlar iki həftə sonra terror təşkilatı IŞİD-ə qarşı davam etdirilən əməliyyatlarda istifadə ediləcək. Uzun müddətdir davam edən qarşıdurmalar və əməliyyatlardan sonra İraqlı pilotlar bu mövzuda çox yaxşı bir təcrübəyə malikdirlər. Xüsusilə gecə hücumlarında hədəflər tam isabət vurulur" ifadələrini istifadə etdi.
Maliki, Bağdada gələn vertolyotların İraqın Salahaddin, Kərkük və Enbar əyalətlərində  icra edilən əməliyyatlarda istifadə ediləcəyi məlumatını paylaşdı.
Keçmiş  baş nazir Nuru əl-Maliki, terror təşkilatı IŞİD ilə daha aktiv bir mübarizənin sərgilənməsi üçün hava və quru birliklərini gücləndirmək məqsədiylə Rusiya ilə silah razılaşması imzalamışdı.