Qadınların ürəyini fəth edib: Danimarkalı polisə dünyanın hər yerindən evlilik təklifi yağır





Danimarkaya gələn mühacirlər arasında kiçik Suriyalı qız uşağı ilə oynayan polis məmuru bir anda məşhur oldu. İndi polisə dünyanın hər yerindən evlənmək təklifləri yağır.

Polis idarəsinə və qəzetlərə göndərilən mail və oxucu məktublarında qadınlar "Belə bir polis üçün mən də sərhədləri aşaram” kimi cümlələrdən istifadə edirlər. Danimarkanın Almaniyaya quru yolu ilə bağlı Jylland yarımadasının cənubundakı Padborq şəhəri yaxınlığındakı şosedə, ovucunda bir şey saxlayaraq polisə "tap görüm, hansı ovçumdadır”deyə sual edən və qarşılığını da gülər üz və sevgi ilə alan qız uşağının xoşbəxtliyi bütün dünya qadınlarına təsir edib. "BT” qəzetinin müxbiri Claus Fisker tərəfindən çəkilən rəsmi görən qadınlar polis məmuruna evlənmə təklifləri göndərərək, ürəklərini fəth etdiyini yazırlar.

"BT” qəzeti qadınlardan birinin "Mən bu polis məmurunun kim olduğunu bilmirəm, amma onun üçün mən də sərhədləri aşaram. Həm yaxşı olduğu, həm də yaraşıqlı olduğu üçün” sözlərinə yer verdi. Qəzet " imgur.com” adlı ictimai paylaşma saytında şəkilin 1.2 milyon adam tərəfindən paylaşıldığını yazdı. İctimai mediada ayrıca Danimarkalı polislərin ABŞ-lı polislərdən daha insan olduqları şərhi edildi.