80 qəpik : Bakı-Sumqayıt elektrik qatarında gediş haqları müəyyənləşdi





Bakı-Sumqayıt elektrik qatarı üçün tariflər müəyyənləşdirilib. Tarif Şurasından Lent.az-a verilən məlumata görə, Şuranın bu gün – sentyabrın 14-də keçirilmiş iclasında "Azərbaycan Dəmir Yolları” QSC-nin müraciətinə baxılıb və Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri təsdiq edilib.
Şuranın qərarı ilə Bakı Dəmir Yolu Vağzalından Sumqayıt Dəmir Yolu Vağzalınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla 20-70 qəpik arasında təsdiq olunub.
Yeni tariflər 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minir.