İnanılmaz: "İt qız" kədərlidir, meşəyə getmək istəyir









1991-ci ildə Ukraynanın bir kəndində olan Oxana Malaya adlı "it qız" aradan illər keçməsinə baxmayaraq hələ də normal halına dönə bilmədi. Spirtli içki düşkünü olan ailəsinin küçəyə atdığı Oxana beş il itlərlə birlikdə yaşamışdı. Çiy ətlə qidalanan , uluyan və yorulduğu zaman itlər kimi dilini çölə çıxararaq nəfəs alan Oxana, 8 yaşında tapılmışdı. 23 yaşlı Oxana, normal vəziyyətinə dönə bilmədi. İngilis uşaq psixologiyası mütəxəssisləri, Ukraynaya gedərək, zehni əngəlli uşaqlar mərkəzindəki Oxananı ziyarət etdi. Həkim Lyn Fry, "Danışıq dili qəribədir. Hər ifadəni, "nəsə əmrmiş kimi tələffüz edir" deyir. Fry, gənc qızın 6 yaşlı bir uşağın zəkası kimi olduğunu, adını belə doğru söyləyə bilmədiyini izah edərək, "Bir uşaq beş yaşına qədər danışmağı öyrənə bilməzsə, dili inkişaf edə bilmir. Ancaq Oxana tərk edilməmişdən əvvəl az da olsa danışa bildiyi üçün vəziyyəti fərqlidir. Kədərli olduğundan meşəyə getmək istəyir" deyib.