Suriyalı atanın başına taleh quşu qondu

İmmiqrant İspaniyada futbol məşqçisi oldu, ailəsinə ev verildi




Həyatının işgəncəsi ona baha başa gəlmədi. Suriyadakı müharibədən qaçaraq Türkiyəyə yerləşən və oradan da Almaniyaya getmək istəyən immiqrant atanın başına taleh quşu qondu.

Macarıstanda qadın jurnalist Petra Lazlonun badalaq atdığı ata Oysama Abdul Mohsenin görüntülərini izləyən Madriddəki Milli Texniki Direktorlar Təhsili Birliyi (CENAFE) Almaniyadakı düşərgələrdə olan Mohsen ilə təmasa keçərək ona mərkəzlərində baş məşqçi olaraq iş verdiklərini açıqladı. Oysama Abdul Mohsenin müharibədən əvvəl Suriyada 1-ci liqada bir sıra klubları çalışdırdığını öyrəndiklərini vurğulayan CENAFE bu adama işdən başqa bir ev verəcəklərini və hələ də Türkiyədə düşərgələrdə olan ailəsini də yanına gətirməsi üçün cəhdlər başlatdıqlarını eşitdirdi. Bu qərardan böyük sevinc yaşayan Suriyalı immiqrant ata, uzun illərdir ilk dəfə ailəsi üçün sevindirici bir xəbər aldığını söylədi. Oysama Abdul Mohsen axşam saatlarında Almaniyadan Madridə gələrək yeni evinə yerləşəcək və buradan da baş məşqçi vəzifəsinə başlayacaq. Mohsenin Türkiyədəki ailəsinin isə önümüzdəki həftə Madriddə olması gözlənilir. Macarıstanın Serbiya sərhədindəki Roszke kəndində gözlədilən 100 qədər immiqrant Serbiya tərəfinə keçmək üçün qaçmağa başlayərkən macar polisinin maneə törətmələrini göstərən Petra Lazlo adlı qadın jurnalist qucağında oğulunu tutan bir atanı, badalaq ataraq yerə sərmiş, bu görüntülər dünyada böyük əks-səda yaratmışdı.