İngiltərə mətbuatı: "Qarabağ" vətən üçün mübarizə aparırmış kimi vuruşur"






Son Azərbaycan çempionu "Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsinin ilk matçı çərçivəsində Londonda "Tottenhem"in qonağı olacaq. İngiltərə mətbuatı da təmsilçimizə biganə qalmayıb.

İngilis həmkarlarımız Ağdam təmsilçisi haqda maraqlı yazı hazırlayıb. Yazıda ilk növbədə "Qarabağ"ın işğal olunmuş Ağdam şəhərini təmsil etdiyi qeyd olunub:

"Qarabağ" haqqında danışmadan öncə bu komandanın təmsil olunduğu şəhərin faciəli tarixini yada salmamaq mümkün deyil. Ağdam şəhəri 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Dünyanın ən böyük qarabasma şəhəridi. Müharibə nəticəsində minlərlə insan həlak olub. Buna görə "Qarabağ" məcburən Bakıda məskunlaşır. Son illərdəki nəticələrinə görə "Qarabağ" Azərbaycanın qürur mənbəyidi. Onlar Avropa Liqasında vətən üçün mübarizə aparırmış kimi vuruşurlar.

Bundan başqa yazıda klubun baş məşqçisi Qurban Qurbanovdan da söz açılıb: "Sözsüz ki, "Qarabağ"ın uğurlarının baş memarı Azərbaycan milli komandasında 67 oyun keçirmiş Qurban Qurbanovdu. Onun cəmi 43 yaşı var. 2008-ci ildən də Ağdam klubun başçılıq edir. Onun başçılığı ilə ötən mövsüm "atlılar" Hollandiyanın "Tvente" klubunu sıradan çıxararaq ilk dəfə tarixində Avroliqanın qrup mərhələsinə qatılmaq imkanı əldə edib. "Qarabağ"ı "Qafqazın Barselonası" da adlandırırlar. Bu da təsadüfi deyil. Komandanın baş məşqçisi Qurban Qurbanov 2009-cu ildə Pep Quardiola ilə görüşmüş, onun təcrübəsindən də istifadə etmişdi".

Yazıda "Qarabağ"ın Avropa səviyyəli komanad olduğu qeyd olunub: "Qrupda "Sent-Etyen", "Dnepr", "İnter" kimi komandalarla mübarizə aparan "Qarabağ" pley-offa yalnız hakim səhvinə görə çıxa bilmədi. Bu dəfə onlar Çempionlar Liqasında "Seltik"lə mübarizədən məğlub ayrılsa da, İsveçrə "Yanq Boyz"unu 1:0 və 4:0 hesabları ilə keçərək, ikinci dəfə Avroliqanın qruplarına qatıldı. "Tottenhem"in rəqibi olan "Qarabağ" Avropa səviyyəli komandadı. Klub lazımı təcrübəni yığa bilib. Düzdü, qrupda şansları azdı. Amma həm Monako, həm də İngilis klubuna qarşı təhlükə yarada biləcək gücdədi".

Bundan başqa ingilis həmkarlarımız "Qarabağ"ın hazırkı kapitanı Rəşad Sadıqov və klubun əfsanələrindən olmuş, Allahverdi Bağırovdan da bəhs ediblər: "Qarabağ"ın xüsusi çəkisi var. Sanki işğal olunmuş bütün ərazilər bu komandanın arxasında birləşib. Klubun kapitanı Rəşad Sadıqovu "Qarabağ"ın canlı əfsanəsi hesab etmək olar. O, 2009-cu ildən bu komandanın vazkeçilməz üzvüdür. Sadıqov həm də, Azərbaycan millisinin kapitanıdı. Əfsanələrdən söz düşmüşkən, Allahverdi Bağırovu yaddan çıxarmaq olmaz. Bağırov bu komandanın baş məşqçisi olub. Müharibə zamanı isə batalyon yaradıb və bir çox insanın həyatını xilas edib. Lakin 1992-ci ildə şəhid olub. Ona ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Yəqin ki, Ağdam işğaldan azad olunsa, stadiona da onun adı veriləcək...

Mənbə: sport7.az