12 dini icmaya maliyyə yardımı ayrılıb
14:06 13.02.2017
Arxiv
345
Fevralın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış 12 dini icma sədrinin iştirakı ilə tədbir keçirilib.
DQİDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı dini icma sədrlərinə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin düzgün təbliği, xüsusilə gənclərə dinin olduğu kimi izah edilməsi, radikalizmlə ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini tövsiyə edib.
Bildirilib ki, maliyyə yardımı ayrılan Ağsu rayon Çiyni kənd məscidi dini icması "İslam həmrəyliyində məzhəblərarası tolerantlığın önəmi”, Masallı şəhəri Qabaq Dadva məhəllə məscidi dini icması "İslamda həmrəylik və sülh çağırışları”, Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbə məscidi dini icması "Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti”, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi "İmam Rza” məscidi dini icması "Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərimizin təbliğinin rolu”, Lənkəran rayonu Cil kəndi "Hüseyniyyə" məscidi dini icması "İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi”, Kürdəmir şəhər (1) məscidi dini icması" İslamda həmrəylik şüuru”, Sumqayıt Şəhəri, Sumqayıt stansiyası yaşayış massivi məscidi "Vəhdət” dini icması "İslam həmrəyliyi - dini vəhdətə çağırış”, Quba rayonu Xucbala kənd məscidi dini icması "İslam həmrəylik, bərabərlik dinidir”, Neftçala rayonu Xolqarabucaq kəndi "İmam Hüseyn” məscidi dini icması "Dini ekstremizm və radikalizmin multikultural cəmiyyət üçün təhlükələri”, Ağcabədi rayonu Salmanbəyli kəndi "Heydər" məscidi dini icması" İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı”, Sabirabad rayonu Əsgərbəyli kəndi "İmam Əli” adına məscidin dini icması "Milli-mənəvi dəyərlərimiz və müasirlik”, Daşkəsən şəhəri "Cümə” məscidi dini icması" Azərbaycan tolerantlığın məskənidir” layihələrini həyata keçirəcəklər.
Qeyd edək ki, Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 168 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 149-u isə İslam dini icmasıdır. Dini icmalar ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində yerlərdə tədbirlər keçirməkdə davam edirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət