12 yaşında başladı
21:17 07.03.2016
Arxiv
812
31 yaşında müdir oldu
İzmirdə yaşayan 31 yaşlı Arzu Levent, 20 il əvvəl işə başladığı fabrikə ortaq oldu. Onun həyatı, bir çox qadına nümunə olacaq qədər müvəffəqiyyətlidir... Arzu Levent, "Qız uşağı oxumaz” deyən atasına görə ibtidai məktəbdən sonra təhsilinə davam edə bilmədi.
O günləri kədərlə xatırladan Levent, "Təhsil xərcləri mənlikdir, qıymayın uşağa. Çox müvəffəqiyyətli oxuyur” deyən müəllimləri belə atasını razı sala bilmədiyini deyir. 12 yaşında boyu belə çatmadığı ayaqqabı dəzgahının başına keçən Arzu Levent, orta məktəb və liseyi də gecə bitirdi. 31 yaşlı Arzu Levent, 19 il əvvəl qablaşdırma xidmətində işə başladığı fabrikin ortağı olmaqla yanaşı, müdirlik vəzifəsini də yerinə yetirir. Levent, ildə 300 min ayaqqabı istehsal edən fabrikdə qadınlara şərait də yaradıb. Onların qardaş, bacılarının oxumasına yardımçı olur. Fabrikin sahibi Mustafa Akkaşlıdan təriflə danışan Levent, "Mənə inanmasa, güvənməsə edə bilməzdim. Düz dayanmağı, problemə həll tapmağı ondan öyrəndim” deyir. Atasının illər sonra "Kaş ki, sənin kimi 50 qızım olaydı” sözünün, onu rahatlaşdırdığını ifadə edən Levent, belə əlavə edir: "19 il əvvəl ayaqqabı fabrikində çalışan qadın yox idi. Kişi işçilər məni aralarına götürməz deyə fikirləşirdim. Mən isə bu işi qadınların da edə biləcəyini göstərdim. Peşə liseyinin ayaqqabıçılıq hissəsinə qızlar gəlmək istəmirdi, gedib onlara hekayəmi izah etdim. Məktəbə 28 qız şagird qəbul olundu.”
Hakim olmaq xəyalından heç bir vaxt vaz keçməyən Arzu Levent, universitetdə hüquq təhsili almaq istədiyini də sözlərinə əlavə edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə