Tibetin dağlıq şimal bölgəsində insanlar əsrlərdir ölülərini eyni şəkildə son mənzilə yola salırlar. Tibetdə yaşayan buddistlər, ölənləri bir tərəfə atmaqla qırğılara yem edirlər.
Qırğıların yeyə bilmədiyi sümüklər isə monastırın içində saxlanır. Sümüklər bəzən əzilib toz halına gətirildikdən sonra başqa yeməklərlə qarışdırılıb qarğalara və başqa quşlara verilir. Çinin Tibet, Qinghai və Monqolustanın iç bölgələrində yaşayan və buddizminə inanan insanların öldükdən sonra cəsədlərinin parçalanaraq qırğılara yemədikləri görüntülər ilk dəfə göstərilir. "Reuters” bu mərasimdən yeni fotolar yayıb.
Buddistlər "Səmaya gömülüş” adı verilən bu mərasimdə ölülərin ruhlarının başqalarının ruhlarında yenidən ortaya çıxdığına inanırlar. Ona görə , cəsədləri də qırğılara yem edərək başqa kiçik heyvanların qırğılar tərəfindən ova çevrilməsinin qarşısı alınır, beləcə canlı həyat qorunur.
Cəsədlər Səssizlik Qülləsi adı verilən yerdə bir müddət gözlədildikdən sonra Buddist rahiblər tərəfindən bıçaq və baltalarla parçalanıb, qırğılara atılır. Tibet əhalisinin böyük qisimini əhatə edən buddistlər, yenidən doğulmağa inanırlar. İnanclarına görə də, ölümdən sonra boş bir qab halına gələn bədəni qorumağa gərək qalmır. Üstəlik Tibetin torpaqlarının böyük hissəsi qayalardan ibərət olduğundan məzar qazmaq mümkün deyil, yanacaq, odun da çətin tapıldığı üçün, bu üsulla ənənələrə uyğun, təbiət şərtlərinə də uyğunlaşdırılır.