Bakıda faciəvi hadisə: 28 yaşlı oğlanın əli amputasiya edildi

Hadisə ehtiyatsızlıqdan baş verib



Bakıda 28 yaşlı oğlan ehtiyatsızlıqdan əlini itirib.
Lent.az-ın məlumatına görə, hadisə dekabrın 25-də Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsindəki evdə baş verib. Paytaxt sakini, 1987-ci il təvəllüdlü Abdullayev Uğur Yaşar oğlu evin həyətində ov tüfənginə aid patronla ehtiyatsız davrandığından patron partlayıb. U.Abdullayev təcili olaraq xəstəxanaya yerləşdirilib və əli amputasiya olunub.
Araşdırma aparılır.