İranın türk əhalisinin çox olduğu şəhərlərdən biri olan Təbrizin küçələrini prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin posterləri doldurub. Plakatlarda “Dəməşqin fatehi Ərdoğan” və “Qarabağ qəhrəmanı Əliyev” ifadələri yer alıb.
Sherg.az xəbər verir ki, Suriyada Heyət Təhrir əş-Şamın (HTŞ) başçılıq etdiyi rejim əleyhdarı qruplar başlatdıqları ildırım əməliyyatı ilə paytaxt Dəməşqi 12 gün ərzində ələ keçirib.
Müxalifətin irəliləməsi nəticəsində 13 ildir davam edən vətəndaş müharibəsi başa çatdığından devrilmiş prezident Bəşər Əsəd ölkəsini tərk edərək Rusiyaya qaçıb.
Əsədin devrilməsindən sonra başlayan yenidənqurma prosesində Türkiyə Suriyada yeni administrasiya ilə təmaslarını davam etdirdi və bölgənin ən mühüm aktorudur.
Suriyadakı hadisələrin ardınca Bəşər Əsədin ən yaxın silahdaşlarından olan İranın Təbriz şəhərində də təəccüblü görüntülər qeydə alınıb.
Türk əhalisinin çox olduğu şəhərin küçələri prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin posterləri ilə dolub.
Plakatlarda “Dəməşqin fatehi Ərdoğan” və “Qarabağ qəhrəmanı Əliyev” ifadələrinin yer alması diqqət çəkib.
Sözügedən afişaların İran lideri Xameneinin Ərdəbil nümayəndəsi Həsən Amelinin sözləri əsasında hazırlandığı iddia edilib. Ameli prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti Əliyevə qarşı reaksiyalara səbəb olan açıqlamalar vermişdi.
Amelinin açıqlamalarına münasibət bildirən Azərbaycan prezidenti Əliyev İranın dini lideri Xamneyinin Ərdəbil nümayəndəsi Amelinin dəfələrlə Azərbaycana və özünə qarşı təhqiramiz ifadələr işlətdiyini xatırladıb və deyib: "Biz onu kimin təyin etdiyini çox yaxşı bilirik. O, bunu dəstəkləyirmi? Heç olmasa tutduğu vəzifədən uzaqlaşdırılmalıdır və üzr istəməlidir” deyə reaksiya verib.