17 yaşlı oğlan sevdiyi qıza görə küçədə ...





Bakıda 17 yaşlı oğlan intihara cəhd edib. Lent.az-ın məlumatına görə, hadisə metronun "Sahil" stansiyasının qarşısında, Bülbül küçəsində baş verib. 1998-ci il təvəllüdlü Əliyev Rauf Cəfər oğlu çoxlu dəırman həbləriiçərək özünü zəhərləyib. O, təcili olaraq Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirilib.
İlkin araşdırma nəticəsində məlum olub ki, 17 yaşlı oğlan bir müddət əvvəl sosial şəbəkədə bir qızla tanış olub. Onlar bir müddət görüşsələr də sonradan münasibətləri pozulub. Sevdiyi qızla ayrılığa dözə bilməyən R.Əliyev isə küçədə nümayişkəranə şəkildə həyatına qəsd edib.