161 gündən sonra: Almaniyada hökumət böhranı həllini tapıb
11:01 04.03.2018
Arxiv
529
Almaniyada Kansler Angela Merkelin sədri olduğu Xristian-demokratik ittifaqı (CDU/CSU) və Sosial Demokrat Partiyası (SPD) arasında hökumətin formalaşdırılması istiqamətində aparılan müzakirələr prosesinin yekununda koalisiya protokolu SDP-nin üzvləri tərəfindən təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, SPD-nin qərargahında təşkil olunan mətbuat konfransında partiyanın sədri Olaf Şolts və xəzinədar Ditmar Nitan koalisiya razılaşmasının qəbul edilib-edilməməsi haqqında səsvermədə SDP üzvlərinin 66,02 faizinin (239 min 604 nəfərin) qərarın lehinə səs verdiyini bildiriblər.
Angela Merkel hökumətin qurulması üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən həlledici qərarın qəbul olunması münasibətilə SDP üzvlərini təbrik edib və Almaniya naminə əməkdaşlıqdan məmnunluğunu bildirib.
Bununla da SDP üzvləri Almaniya Kansleri Angela Merkelin başçılığı ilə CDU/CSU və SPD arasında yenidən hökumətin qurulması məsələsi həllini tapıb. Bundestaq Angela Merkelin namizədliyini martın 14-də səsverməyə çıxaracaq. Proseslər göstərir ki, onun təsdiq olunması üçün artıq heç bir maneə qalmayıb.
Almaniya Bundestaqına sentyabrın 24-də keçirilən seçkilərdən sonra 161 gündür ölkədə hökumət qurulmayıb. Bu, Almaniya Federativ Respublikasının tarixində hökumətin qurulması üçün ən uzunmüddətli prosesdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya