17 yaralı var: Türkiyədə təhlükəsizlik əməkdaşlarını daşıyan avtomobil qəzaya uğrayıb





Türkiyənin Hakkari bölgəsindəki Şemdinli rayonunun Derecik ərazisində təhlükəsizlik əməkdaşlarını daşıyan maşın qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, qəzada təhlükəsizlik qüvvələrinin 17 əməkdaşı yaralanıb. Qrup PKK-ya qarşı aparılan antiterror əməliyyatından qayıdırmış. Yaralılar Şemdinli Dövlət Xəstəxanasına yerləşdiriliblər.