17 yaşına çatmamış milyoner olub





Milyoner olmaq üçün mütləq universitet məzunu olmaq lazım deyil. Ancaq liseydən belə məzun olmadan "milyon”a qovuşan bu gəncin həyatı sizi çox təəccübləndirəcək. Kiçik yaşdakı təşəbbüskarların müvəffəqiyyətli olmaları çox da çaşdırıcı deyil əslində, çünki qulaq tıxacından tramplenə qədər bir çox şeyə görə uşaq yaşdakı təşəbbüskarların dahiliyinə borcluyuq.

Whateverlife.com internet saytını 2004-cü ildə yayıma hazırlayan zaman 14 yaşında idi. Saytında öz yaş qrupundakı qızlar üçün Myspace şablonları təqdim etməyə başlayıb. 2007-ci ildə ayda 1 milyon ziyarətçi rəqəminə çatan Ashleyin saytı, o 17 yaşına çatmamış milyoner olmasını təmin edib. Özünə ev alan gənc qız, saytı üçün təklif edilən 1.5 milyon dollara "xeyr” cavabını verib.