2-si körpə olmaqla 14 kenquru öldürüldü

Avstraliya polisi Sidneyin cənubundakı sahil qəsəbəsində 2 bala daxil olmaqla 14 kenqurunu öldürməkdə günahlandırılan iki yeniyetməni saxlayıb.
“Sherg.az” türk mediasına istinadən bildirir ki, polis gələn ay məhkəməyə çıxacaq olan gənclərin kenquruları niyə öldürdükləri ilə bağlı heç bir açıqlama verməyib. 
Yeni Cənubi Uels qanununa görə, heyvanlara qarşı qəddarlıq törətməkdə günahkar bilinən hər kəs 5 ilədək həbs və 22 min avro cərimə ilə üzləşə bilər. 
Ölən kenqurular arasında iki körpə kenquru tapılıb, üçüncü yaralı kenquru isə müalicə edilib.