Rusiyanın “LUKoil” neft şirkətində rəhbəri Vahid Ələkbərovun payı hazırda (30 sentyabr tarixinə olan vəziyyətə görə) 28,33 %, strateji inkişaf üzrə vise-prezidenti Leonid Fedunun isə payı 9,32 %-dir.
“Report” “1Prime”a istinadən xəbər verir ki, bu barədə şirkətin Avropa istiqrazlarına dair sənəddə bildirilir.
Ötən ilin aprel ayında isə adıçəkilən şəxslərin şirkətdəki payı müvafiq olaraq 28,22 % və 9,28 % olaraq açıqlanmışdı.